Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ərdoğan Abdulla Gülü müxalifətə qoşulmaqda ittiham edib

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən keçmiş prezident Abdulla Gül və sabiq parlament sədri Bülənt Arınçı müxalifətlə birlikdə hərəkət etməkdə günahlandırıb

 

 

Yenixeber.org: R. T. Ərdoğan hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid edən A. Gül və B. Arınça cavbab verib.   

 

R. T. Ərdoğan xatırladıb ki, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd edənlərə müqavimət göstərmiş dövlət məmurlarının məsuliyyətdən azad edilməsi barədə çevriliş cəhdindən 2 həftə sonra qərar çıxarılıb: “İndi eyni qərarı çevrilişə müqavimət göstərmiş mülki vətəndaşlara da şamil etmək ehtiyacı yaranıb. Lakin nədənsə, bu qərarla bağlı böyük gurultu qopdu. Əslində böyük deyil, qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri də bu kampaniyaya qoşuldu. Kampaniyaya qatılan bu şəxslər 16 aprel referendumunda “hə” deməyənlərdir. Biz mübarizə yoldaşı deyilikmi? Necə ola bilər ki, sizlər Bəy Kamalın qayığına minirsiniz? Bu düşmənçilik karvanına bizim mübarizə yoldaşlarımızın bir qismi necə qatılıb bəzilərini sevindirir? Yazıqlar olsun!”

 

Qeyd edək ki, hərbi çevriliş və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qərarnaməyə etiraz edənlər bunun ölkədə vətəndaş qarşıdurmasına səbəb ola biləcəyini bildirirlər. Müxalifət hesab edir ki, hakimiyyət bununla özünə yaxın olan qeyri-qanuni silahlı qrupları qanuniləşdirir, onlara müxalifləri susdurmaq üçün səlahiyyətlər verir. 11-ci prezident Abdulla Gül iqtidarı qərardakı qeyri-müəyyənliyi aradan qaldırmağa və yalnız 15 iyul 2016-cı il hadisələrində dövləti qorumuş şəxsləri cəzadan azad etməyə çağırıb. Bülənt Arınç isə A. Gülün bu barədə “tvit”ini paylaşaraq onun mövqeyini dəstəkləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam