Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türk dünyasının “NATO-su” yaradılır?- ŞƏRH

Türk dünyasının “NATO-su” yaradılır?

 

Bir neçə gün öncə İranın “Mehr” informasiya agentliyinin “Al-Kawthar” teleşirkətinə istinadən yaydığı xəbər böyük rezonansa səbəb olub

 

Yenixeber.org: Məlumatda deyilir ki, Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan 2018-ci ildə birgə “Türk dünyasının birləşmiş ordusunu – Avrasiya hərbi qüvvələrini” yaradacaqlar.  

Qeyd edək ki, türk dünyasının birgə hərbi qüvvələrinin yaradılması üzrə planın 2013-cü ildə işlənib hazırlandığı, lakin Ulan-Batora görə həyata keçirilmədiyi bildirilir. Belə ki, türk dövləti olmadığı üçün “Avrasiya təhlükəsizlik qüvvələri” statusu ilə bu birliyə qatılmalı olan Monqolustan fikrindən vaz keçmişdi.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən politoloq Tofiq Abbasov belə bir birliyin yaradılması xəbərlərinin şayiə olduğunu bildirib:

“Bu, çox  kobud bir fantaziyanın məhsuludur. Adıçəkilən ölkələrin bəzilərinin bir-biri ilə bilavasitə sərhədi də yoxdur. Onları birləşdirən faktor türk əsilli olmalarıdır. Digər tərəfdən isə, Monqolustan öz siyasətini elan etmədən, bütün prosesləri uzun müddətdir ki, kənardan izləyir. 

Düşünürəm ki, bu fikirlər bandaj xarakterlidir. Yəni sosioloqlar tərəfindən ictimai fikri, ümumi əhval-ruhiyyəni, münasibəti öyrənmək üçün yayılan şayiədir. 

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Türk dünyasının birləşmiş ordusunun – Avrasiya hərbi qüvvələrini”nin yaradılmasının reallığı əks etdirmədiyini bildirib:

“Əksəriyyətinin türkdilli ölkələr olduğuna baxmayaraq, Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan siyasi cəhətdən  rəngarəng ölkələrdir.

Digər tərəfdən, Qırğızıstanın yürütdüyü siyasət Azərbaycanı qane etmir. Belə ki, bu ölkənin sabiq prezidentləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə imza atmayıblar. Belə olan təqdirdə, biz onlarla vahid ordu yarada bilmərik. 

Türkiyənin özünün də Qırğızıstanla münasibətlərində müəyyən problemlər var. Türkiyə Fətullah Gülənə məxsus mərkəzlərin bağlanılmasını tələb edərkən, Qırğızıstan rədd cavabı verib. Düşünürəm ki, Qırğızıstanla birgə türkdilli ölkələrin vahid ordunun yaradılması mümkün deyil. 

Əslində, “türkdilli ölkələr birliyi” deyəndə Azərbaycan-Türkiyə birliyindən söhbət gedir. Bu iki dövlət birgə hərbi təlimlər keçirirlər. Digər türkdilli dövlətlərin bu birliyə qoşulması isə hələ problematikdir. Belə ki, qeyd edilən ölkələrin Rusiyanın iştirak etdiyi formatlardan qopub Azərbaycan və Türkiyə ilə birgə hərbi qoşun birlikləri yaratması real görünmür”, - deyə politoloq vurğulayıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam