Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"NATO Türkiyənin təhlükəsizlik siyasətinin təməl daşıdır" -Türkiyə XİN

nato

“Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalmağa davam edəcək”.

Xeberinfo.com:   Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ölkənin NATO-ya üzv olmasının 65 illiyi ilə bağlı yaydığı açıqlamada deyilir.

“Bu gün Türkiyənin NATO-ya üzv olmasının 65-ci ildönümünü qeyd edirik. 1952-ci ildə üzv olduğumuz NATO-nun Türkiyə üçün əhəmiyyəti artaraq davam edir. NATO Türkiyənin müdafiə və təhlükəsizlik siyasətinin təməl daşını təşkil edir. Etibarlı müttəfiq olaraq Türkiyə son 65 ildə olduğu kimi, bundan sonra da NATO-ya töhfə verməyə və üzərinə götürdüyü öhdəliklərə tam bağlı qalmağa davam edəcək”, – deyə açıqlamada bildirilir. Qeyd olunur ki, “soyuq müharibə”dən sonra ittifaq avroatlantik regionda sabitlik və təhlükəsizliyin qorunmasında zəruri rol oynayır, Türkiyə isə Balkanlar, Qafqaz, Yaxın Şərq, Qara və Aralıq dənizlərində NATO-nun müxtəlif fəaliyyətlərində effektiv iştirak edir.

Türkiyə XİN NATO-nun 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyəyə verdiyi dəstək və həmrəylik nümayişindən məmnunluq duyduğunu da söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam