Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Türkiyə bu seçimi əldən verdi...

 

 

    "Xeberinfo.com": Türkiyə tarixində ilk dəfə olaraq xalq prezidentini seçdi. Birinci yeri seçimdə yüksək xalla qalib gələn, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan oldu. İkinci yerdə isə 2 müxalifət partiyasının çatı adayı Əkmələddin İhsanoğlu tutdu. Səlahəddin Dəmirtaş isə üçüncü oldu.

    Mən əlbəttə ki Ərdoğanın seçilməsini istəməyənlərdənəm. Ərdoğan qalib gəldiyi gün balkon çıxışı etdi. Və o çıxışda "Mən 77 milyonun Cumhurbaşkanı olacağam" dedi. Ərdoğan ancaq 20 milyonun Cumhurbaşkanı seçildi. Fikir versəniz Ərdoğan 51.7 tam desək 52 faizlə qalib gəldi. Geridə qalan 48 faiz ona qarşıdır. 48 faiz onun deyil. Ərdoğana xal verən seçmən sayısı 20 milyon 800 min nəfərdi. Türkiyə isə 77 milyondu. Bu rəqəm çox düşündürücüdür. Bunu nəzərə almaq lazımdır.

Mən Atatürkçü, Cumhuriyyətçiyəm. Bu dəyişməzdir. Atatürkü sevməyəni mən də sevmərəm. Eləcə də Ərdoğanı... Qalib gəldiyi gün balkon çıxışında "Bizə bu torpaqları vətəni və bu bayrağı müqəddəs bir əmanət olaraq buraxan bütün şəhidlərimizi və qazilərimizi rəhmətlə anıyorum"... Atatürk kəlməsini ağzına almadı. Amma necə olacaqsa, andiçmə mərasimində " Atatürk" deyərək, xalqın qarşısında and içəcək...

Müxalifət, Ərdoğanın qalib gəlməsinə böyük imkan yaratdı

Ərdoğanın qələbə qazanmasının səbəblərindən biri, Cumhuriyyətçi Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyasının, Əkmələddin İhsanoğlunu namizəd göstərməsidir. Bir tərəfdə 12 illik siyasətçi Ərdoğan, digər bir tərəfdə isə siyasətdən uzaq, dinçi, xalqın tanımadığı İhsanoğlu. Əkmələddin bəyi seçməklə, hər iki partiya öz reytinqlərini aşağı saldı. Hətda MHP və CHP-çilərin bir qismi Ərdoğanı seçəcəklərini bəyan etdilər. Və bu da seçimlərdə Ərdoğanın qalib olmasına böyük imkan yaratdı.

İkinci bir səbəb isə, Ərdoğanın seçim üçün dövlətin bütün imkanlarından istifadə etməsidir. Ərdoğan, tanınmış reklam şirkətlərini kiraladı, 81 vilayətdə rəsimləri asıldı, məscidlərin qapılarında belə şəkilləri var idi. Dövlət maşınları, dövlət təyyarələri əmrində idi. Media quruluşları... Bir çox TV kanallar, qəzetlər, köşə yazarlarının çox hissəsi Ərdoğanın yanında yer alır.

Əkmələddin İhsanoğlu qalib gəlmədi deyə xalqa irad tutulmamalıdır. CHP öz bildiyini etdi. Partiyasına layiq olmayan bir namizəd irəli sürdü. Və alınmadı. CHP-lilərin bir çoxu İhsanoğlunu dəstəkləmirdilər. CHP böyük bir şansı əldən vermiş oldu. Və məğlubiyyətə uğradı. Məğlubiyyətin ardından, CHP millət vəkillərinin bir çoxu CHP başqanı Kəmal Kılıçdaroğlunu istefaya çağırır. Ama Kılıçdaroğlu buna etiraz edir.

CHP Atatürkçü, Cumhuriyyətçi bir partiya olmasına baxmayaraq, Atatürkçülük yolundan kənardadır. CHP Türk xalqına Atatürkdən qalan bir əmanətdir. Bu əmanətə əsl Atatürkçülər, Cumhuriyyətçilər sahib çıxmalıdırlar. Əgər bu gün CHP məğlubiyyətə uğrayıbsa, bu xalqın səhvi deyil, CHP-ni idarə edənlərin bir səhvidir...

 

     Seymur Süleymanov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam