Ərdoğanın möhtəşəm qələbəsi
Türkiyə xalqı ilk dəfə olaraq prezidentini birbaşa seçdi
"Xeberinfo.com": Seçkinin nəticələri bəlli olandan sonra Ərdoğan Ankarada AKP-nin mərkəzi qərargahına gəlib və "balkon çıxışı" edib. Qərargahın qarşısına Ərdoğanın minlərlə tərəfdarı toplaşıb. Ərdoğanın çıxışından mühüm parçaları elə Türkiyə türkcəsində təqdim edirik:
"Kardeşlerim aziz milletim sevgili vatandaşlarım bu zafer gecesinde en kalbi muhabbetlerimle selamlıyorum. Cumhuriyet tarihimizde ilk kez gerçekleşen halk oyuyla cumhurbaşkanlığı seçiminin ülkemize milletimize tüm dost ve kardeş ülkelere hayırlı olmasını rabbimden niyaz ediyorum.
Şahsımı Türkiye Cumhuriyeti’nin 12’nci cumhurbaşkanı olarak tayin eden aziz milletime buradan şükranlarımı sunuyorum. Sandık başına giden her bir kardeşime teşekkür ediyorum. bize oy versin yada vermesin oyunu kullanan bu tarihi günde tarihin yapılmasına ve yazılmasına katkıda bulunan her bir vatandaşıma teşekkür ediyorum.
Yurt dışında bütün zorluklara rağmen sandığa gidip bu tarihi seçimde ilk kez oy kullanan kardeşlerime gümrük kapılarında oy kullanan kardeşlerime huzurlarınızda teşekkür ediyorum.
Bugün Avustralya’dan, ABD’ye, Güney Afrika Cumhuriyeti'nden Bosna Hersek’e kadar Türkiye için dualar eden tüm gönül dostlarına teşekkür ediyorum. Bugün bu seçimi kazanan sadece Recep Tayyip Erdoğan değildir. Bugün milli irade bir kez daha kazanmıştır. Bugün demokrasi bir kez daha kazanmıştır. Bugün şahsıma oy verenler kadar, şahsıma oy vermeyenlerde sevenlerimiz kadar sevmeyenlerimiz de kazanmıştır.
Bugün 77 milyon 81 vilayet kazanmıştır. Hiç kuşkusuz bugün yeni Türkiye öncü Türkiye kazanmıştır. Sadece Türkiye değil, bugün Bağdat’ta İslamabad’da Beyrut, Saraybosna Üsküp de kazanmıştır. Bugün Şam, Halep, Hama, Humus, bugün Ramallah, Nablus, Gazze, Kudüs de kazanmıştır.
Artık devletin ve milletin iki ayrı istikameti bulunmuyor. Bugünden itibaren aynı istikamete bakıyor. Bir olarak aynı rotada yürüyor. 12 Eylül 2010 tarihinde yüzde 58 oy oranıyla kabul edilen anayasa değişikliği 12 Eylül darbesinin izlerini hatırlayın silmişti. Bugün ise 27 Mayıs 1960 parantezi artık kapanmıştır. 27 Mayıs’ın bir vesayet aracı olarak Türkiye’ye dayattığı cumhurbaşkanlığı anlayışı artık tedavülden kalkmıştır. Biz 13 yıl önce 14 ağustos 2001’de Ak Parti’yi kurarken ne demiştik? Menderes gibi “yeter” demiştik. Yeter söz milletindir demiştik. Ama bir şey daha ilave etmiştik. “Yeter söz de milletin, karar da milletindir” demiştik. İşte şimdi söz de karar da milletin uhdesine geçti. Aracılar vasıtasıyla cumhurbaşkanı seçmediniz. Bizzat kendiniz seçtiniz. Önemli olan burası.
Millet sadece TBMM’yi sadece hükümeti tayin eden değil cumhurbaşkanını da tayin eden bir gücü ele geçirmiş, Türkiye’nin istikametini artık kendisi bizzat belirlemeye başlamıştır. Biliniz ki bugün dünden çok daha iyidir. Emin olunuz yarınlar bugünden çok daha iyi olacaktır. Zira bugün Türkiye’nin gücüne güç katılmıştır. Bugün 2023 hedefleri 2053 ve 2071 hedefleri artık çok daha yakınımıza gelmiştir. Bundan 13 yıl önce AK Partiyi kurduk. Rabbime ne kadar hamd etsek azdır. 9 seçime girdik, her birinden zaferle çıktık.
Ve dikkat ediyor musunuz oylarımız hep yükselerek sandıklardan çıktık. Hemen hemen her seçimde bir balkon konuşması yaptım. Aziz milletime seslendim. Her bir balkon konuşmamda gönül diliyle konuştum. Aziz milletimize her bir seslenişimde akıldan ziyade kalbin ve vicdanın kelimeleriyle seslendim. Kardeşlerim meydanlarda mikrofonların önünde balkonda ne söylediysem 12 yıl boyunca söylediğimin arkasında durdum. Sözüme vefanın mücadelesini verdim. Bu dokuzuncu seçim konuşmamda da gönlümün ruhumun vicdanımın hissiyatını sizlere aktarıyorum".
***
Türkiyənin ən önəmli, ancaq ən həyəcansız sayılan seçkisi - prezident seçkisi baş tutdu. 2007-ci ildə keçirilən referendumun nəticələrinə görə, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir. Ilk dəfə 12-ci prezidentini ümumxalq səsverməsi ilə seçən Türkiyədə ənənəvi türk coşqusunun olmamasını ekspertlərin çoxu nəticənin əvvəlcədən bəlli olması ilə əlaqələndirir.
Ancaq bu “əvvəldən nəticənin bəlli olması” bizim vərdiş etdiyimiz saxtakarlığa görə deyil, AKP-nin namizədinin alternativlərinin rəqabət qabiliyyətinin aşağılığına görəydi.
***
***
Bu seçkidə bütün türk mediasının diqqətini çəkən fakt eks-prezidentÿƏhməd Necdət Sezərin seçkini boykot etməsidir. Medianın yazmasına görə, chpçilər onu səsverməyə gətirmək üçün çox səy göstərsələr də inadından döndərə bilməyiblər. Həyat yoldaşı da səsverməyə getməyən cənab Əhməd Necdət bu barədə hər hansı açıqlama verməyib.
***
Dünən gecə saat 12 radələrində seçki qutularının 98 faizə qədəri açılaraq sayılmışdı. O ana olan rəqəmlərə görə, Ərdoğan səsverənlərin 52 faizini (20 milyon 52 min) qazanmışdı. Bu, seçkinin birinci turda yekunlaşması üçün lazımi rəqəmdir. Seçki ikinci tura 51 faizdən aşağı rəqəm toplandıqda adlayır.
Xatırladaq ki, prezident seçkisindən öncəki 30 mart bələdiyyə seçkisində Türkiyədə təxminən 46 milyon 510 min seçici səs vermişdi. Rəsmi nəticələrə görə, Yüksek Seçim 30 mart seçkisində AKP 20 milyon 520 min; CHP 12 milyon 552 min; MHP 6 milyon 875 min, BDP/HDP isə 2 milyon 895 min səs almışdı.
Bu tutuşdurma da göstərir ki, martdan bəri R.T.Ərdoğanın elektoratında sabitlik hökm sürür.
***
Seçkinin ilkin nəticələri açıqlandıqdan sonra uduzan hər iki namizədin açıqlamaları olub. Onların heç biri seçkinin nəticələrinə şübhə gətirməyib. Əksinə, hər iki namizəd nəticələrdən, qəribə olsa da, özünəxas formada məmnunluq ifadə edib. Məsələn, Səlahəddin Dəmirtaş deyib ki, vermək istədikəri mesajı Türkiyənin hər yerinə çatdırıblar və əldə etdiklərin nəticə onlara növbəti seçim üçün ciddi ümidlər verir. “Sabahdan etibarən partiyamızı bir kütləvi partiya etmək üçün işləməyə başlamaq ilk işimiz olacaq. Irqçi, məzhəbçi siyasət iflas edib. Əminəm ki, bizə səs verməyi arzulayan milyonlar növbəti seçkidə bizə səs verməyi qərara almışlar” deyə S.Dəmirtaş bildirib.
***
Ekmələddin Ihsanoğlun da açıqlaması qısa olub. O, Ərdoğanı qələbə münasibəti ilə təbrik edib və nəticələrin ölkə üçün xeyirli olacağına əminliyini bildirib. Ekmələddin bəy də aldığı səslərdən məmnunluğunu ifadə edib. Bildirib ki, bir ay öncə onu heç kim tanımır deyənlər aldığı 40 faizə qədər rəqəmə baxsınlar.