Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakıdan Nalbəndyana növbəti cavab:Qarabağın statusu...

Bakıdan Nalbəndyana növbəti cavab:

 

Ermənistan xarici işlər naziri seçki qabağı dövrdə daxili istehlak üçün Ermənistanın uğursuz xarici siyasətinə bu kimi yalanlarla bəraət qazandırmağa çalışır

 

Yenixeber.org: Bu sözləri  XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın Dağlıq Qarabağın statusunu orada yaşayanların müəyyən etməli olduğuna dair açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və prinsipləri hər kəsə bəllidir, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir:

“Azərbaycan əleyhinə hərbi təcavüzün və etnik təmizləmənin məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan xarici işlər nazirinin bu iddiasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Bu kimi lüzumsuz propaqanda ilə məşğul olmaq əvəzinə Ermənistan tərəfinin münaqişənin həlli üzrə substantiv və məntiqi danışıqlarda ciddi və məsuliyyətlə iştirak etməsi daha faydalı olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam