Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Müharibə dərhal başlasın!”

 

 

QAT-ın ofisində cəbhədəki vəziyyət müzakirə olunub; tədbirdə təşkilat fəalları və keçmiş Qarabağ döyüşçüləri iştirak ediblər

"Xeberinfo.com":Avqustun 3-də Qarabağ Azadlıq Təşkilatının ofisində təşkilatın idarə heyətinin üzvlərinin və keçmiş Qarabağ döyüşçülərinin iştirakı ilə son günlərdə cəbhədə baş verən hadisələrlə bağlı fövqəladə toplantı keçirilib. Tədbirdə QAT sədri Akif Nağı, hərbi ekspert Üzeyir Cəfərov, Ağdam hərbi polisinin sabiq rəisi Camal Əhmədov, Qarabağ veteranı Vaqif Əlisoy, təşkilatın ağsaqqalları Yusif Səmədov, Şahmar İbrahimov, Qarabağ alayının keçmiş komandiri Arif Paşa, könüllülər taburunun sabiq komandiri Nurəddin Xoca, ehtiyatda olan zabit Tərlan Feyziyev və başqaları iştirak ediblər. 

Toplantı Azərbaycan himninin oxunması və ölən şəhidlərimizin ruhunu yad etmə ilə başlayıb. Ardınca çıxış edən QAT sədri Akif Nağı tədbirin mahiyyəti, son günlərdə baş verən proseslərlə bağlı iştirakçılara ətraflı məlumat verib: “Son günlərdə baş verən hadisələr çox şeyi üzə çıxardı. Azərbaycan cəmiyyətində mübarizə ruhunun ölmədiyi göründü. İnsanların toplaşdığı hər yerdə bu məsələ müzakirə olunur. Biz də QAT olaraq, idarə heyətimizin və keçmiş döyüşçülərin iştirakı ilə fövqəladə tədbir keçirməyi məqsədəuyğun saydıq. İlk növbədə bilməliyik ki, biz nə etməliyik? Hesab edirik ki, müharibə başlayıbsa, sona qədər davam etdirilməlidir. Cəmiyyətdən də buna reaksiya gəlməlidir. Hər kəsin daxilində qisas hissi olmalıdır. Hazırda Ukrayna öz ərazi bütövlüyünün müdafiəsinə qalxıb. Niyə biz də qalxmayaq? Bura yığışmaqda məqsəd odur ki, böyük birlik yaradaq. Proseslər QAT tərəfindən idarə olunsun. Bizi hər cür xəyanətdə ittiham edirlər. Bunlara baxmayaraq, buz bu yolun yolçuları olaraq, sona qədər mübarizəmizi davam etdirəcəyik. Başqa bir yolda artıq yoxdur ”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, baş verən hadisələrin birbaşa günahkarları Müdafiə Nazirliyi və hərbi hissənin rəhbərliyidir: “20 ildən artıqdır ki, bizə torpaqların alınması ilə bağlı vədlər verirlər. Amma bir nəticəsi yoxdur. İnsident onu göstərdi ki, biz hələ müharibə hazır deyilik. XİN hələ indi şəhdlərin 3-ü çıxandan sonra bəyanat verir. Baş verən hadisədə birbaşa Zakir Həsənov, Nəcməddin Sadıqov və Hikmət Hacıyevin günahı var. Onlar xalqdan üzr istəməli və cəzalandırılmalıdırlar. Ortalıqda olan reallıq budur. Artıq bu qədər də olmaz. Xalqın övladları səriştəsizliyin qurbanı olurlar. Bu qədər əsgərin ölməsi az məsələ deyil. Hələ ölkə prezidenti bununla bağlı başsağlığı belə verməyib”.
Tədbirdə çıxış edən Qarabağ döyüşçüləri öz təkliflərini irəli sürüblər 
Toplantının sonunda bəyanat qəbul edilib. Bəyanatda aşağıdakı tələblər qoyulub: 
 Müharibə dərhal başlamalı və torpaqlarımız işğaldan azad olunmalıdır; 
 Hərbi əməliyyatlarda Qarabağ döyüşçülərinin imkanlarından istifadə edilməlidir;
Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərindən birdəfəlik imtina edilməli, ATƏT MİNSK qrupunun vasitəçilik missiyasına son qoyulmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam