Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QAT üzvü başından yaralandı

Akif Nağının cəbhəyə gedən dəstəsi atəşə məruz qaldı – QAT üzvü başından yaralandı

 

 

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT)  sədri Akif Nağı, təşkilatın idarə heyətinin üzvləri Şaiq Süleymanov, Nəsib Cəfərov və Tahir Bayramov cəbhə bölgəsində olub.
Xeberinfo.com:  Təşkilat üzvləri Ağdam, Tərtər, Goranboy rayonlarında yerli sakinlər və hərbçilərlə görüşüb, həmçinin Lələtəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə həlak olan, Ağdamın Xındırıstan kəndində dəfn edilən şəhid Pərvan Mehrəliyevin yas məclisində iştirak ediblər.  
QAT sədri Akif Nağıdan aldığımız məlumata görə, Tərtərin Qapanlı kəndi ərazisində olarkən qəfildən düşmən ordusu toplardan atəş açmağa başlayıb: “Dərhal hamımız üzüqoylu yerə sərildik. Mərmilərdən biri bizim lap yaxınlığımızda partladı. Bu zaman QAT İdarə Heyətinin üzvü Tahir Bayramov başından qəlpə yarası aldı. Əvvəlcə ona özümüz ilkin tibbi yardım göstərdik. Daha sonra isə hospitala apardıq, həkimlər nə lazımdırsa, etdilər. Ancaq şükürlər olsun ki, xəsarət ciddi olmadığından həkimlər yaralıya yardım göstəriləndən sonra onun bizimlə birgə  Bakıya qayıtmasına razılıq verdilər. Hal-hazırda yolayıq”. 
A.Nağı onu da dedi ki, 57 yaşlı T.Bayramov Ağdamda anadan olub, Qarabağ döyüşçüsüdür. 
MUSAVAT.COM



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam