Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

11 şəhidimizə atılan hər bir güllənin əmri Moskvadan gəlib

 

“Mən dəfələrlə demişəm, cəbhə xətti Moskvadan idarə edilir”

 

 
  "Xeberinfo.com": Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə cəbhənin təmas xəttində Azərbaycanın 11 əsgərinin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən söyləyib.
O, Rusiyanın bununla Azərbaycana sərt mesaj göndərdiyini bildirib:
 

 

“Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər. Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistanın parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı. Jirinovskinin və digərlərinin Azərbaycanı tərifləmələri məsələsi də açıq-aydındır. Onlar bir tərəfdən mesaj göndərirlər ki, bizimlə razılaşsanız, sizinlə dostluq edəcəyik. Əgər bizim tabeliyimizə girsəniz, Gömrük İttifaqının üzvü olsanız, münasibətlərimiz yaxşılaşacaq. Əks təqdirdə isə vəziyyət gərginləşəcək”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam