Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin NATO generallarını qorxuya salıb


Rusiyanın keçirdiyi “Qərb-2017” hərbi təlimləri Alyansda ciddi rahatsızlıq yaradıb

 

Yenixeber.org: Rusiyanın “Qərb-2017” kod adı altında keçirdiyi hərbi təlimlər başa çatıb. Doğrudur, medianın dilə gətirdiyi kimi, təlimlər gözlənilənin əksinə bir qədər sönük və natamam keçib. Buna rəğmən, hərbi ekspertlər Kremlin təlimlə qarşıya qoyulan ümumi məqsədi yerinə yetirdiyini qeyd edilər. Bunu təlimlərdə iştirak edən hərbi kontingentin sayı da sübut edir.

Rusiya Müdafiə Nazirliyinin öncədən elan etdiyi kimi bu irimiqyaslı hərbi tədbirdə 12,7 min əsgər iştirak etməli idi. Lakin müşahidəçilərin ümumi rəyinə görə, onların sayı 70 mindən çox olub.

Fransanın “Le Monde” (Lömond oxunur-red.) qəzetinin müxbiri Natali Giberin yazdığına əsasən Moskva hərbi təlimlərlə həm də özünün daha böyük ambisiyalı planlarının məşqini həyata keçirib.

Məqalədə təlimlərin Rusiya və Belarusun 6 müxtəlif bölgəsində eyni vaxtda keçirildiyi vurğulanaraq ATƏT-in buraya müşahidəçilərini göndərdiyi də vurğulanır.

Rəsmi Moskva təlimlərin terrorizm əleyhinə qoşunların hazırlığını yoxlanılması məqsədilə gerçəkləşdirildiyini bəyan etsə də təyin olunan hədəflər və taktiki planlama daha böyük strateji hədəflərdən xəbər verir.

“Mən orada ən az 40 min əsgərin iştirak etdiyini düşünürəm” - ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı general Ben Hocs qeyd edib.

Картинки по запросу Ben Hodges general

General Ben Hocs

“Bəzi sərhəd dövlətləri 70 və ya 100 min əsgərin mövcudluğundan danışır. Bu rəqəmlər tam yoxlanılmalıdır. Lakin lap 70 min olsa belə əsas problem bundan ibarət deyil”, NATO Hərbi Komitəsinin sədri general Petr Pavel Şotlandiyanın Faslan bölgəsində sualtı qayıqların vəziyyətini yoxlanılması zamanı jurnalistlərə bildirib. General bu böyüklükdə təlimlərin sırf terrorizmə qarşı mübarizə məqsədilə keçirilmək istənildiyinə inanmağın çətin olduğunu qeyd edib.

Petr Pavelin sözlərinə görə, burada söhbət yalnız “bərabər imkanlara malik düşmənlə aparılacaq iri müharibəyə hazırlıq”dan gedə bilər.
“NATO “Qərb-2017”-ni Moskvanın vahid komandanlığı və nəzarəti altında keçirilən bir çox hərbi tədbirlərin üstünü örtmək məqsədi olaraq gözdən keçirir”, general Pavel əlavə edib.

Картинки по запросу general petr pavel

General Petr Pavel

Rusiyanın NATO hüdudları yaxınlığında SSRİ dövrlərində olduğu kimi çoxlu sayda əsgər yığması Alyansın özünün hərbi-strateji planlarında bir sıra dəyişikliklərə getməyə məcbur edib.

Bu həftənin bazar ertəsi general Ben Hocs NATO əsgərlərinin alyansa daxil olan dövlətlərin ərazisində sərbəst hərəkəti üçün avropalıların onlara “hərbi şengen” rejimini müəyyən etməli olduğunu söyləyib.

“Hərbi qüvvələrimizin effektli olması Alyans ordularının Rusiya federasiyasının qoşunları kimi tez və çevik hərəkət etməsindən asılıdır”, general qeyd edib.

General Petr Pavel isə yaxın zamanlarda Rusiyadan hərbi təlimlərin miqyası, iştirak edən əsgərlərin sayı və strateji diapazonu ilə bağlı müvafiq məlumat verməsini tələb edəcəklərini vurğulayıb.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam