Rusiyanın böyük ümidlər bəslədiyi "Qərb-2017" hərbi təlimləri gözlənildiyi effekti vermədi
“Bu təlimlər Putinin hərbi maşınının əslində nə dərəcədə zəif olduğunu nümayiş etdirdi”
Yenixeber.org: Rusiyanın Belarusla birlikdə keçridiyi “Qərb 2017” kod adlı təlimlər adı və hədəfindən göründüyü kimi əsasən Qərb dövlətrini narahat edirdi. Rusiyanın bu təlimlərə yüzlərlə tank, onlarla hava maşını, 200 minlik heyəti cəlb edəcəyi danışılırdı. Bir çox analitiklərin fikrincə, Rusiya bununla əslində Şərqi Avropa üzərinə hücum planının böyük məşqini həyata keçrirdi. Bu da Baltikyanı ölkələri, xüsusilə Polşa və Ukraynanı olduqca əndişələndirirdi.
Lakin Qərb mətbuatı təlimlərin gözlənildiyindən daha sönük, səmərəsiz və yararsız olduğunu yazır.
Nörveçin “Afterposten” qəzetinin yazarı Per Yuhansenin yazdığına görə, təlimlər öncəsi və gedişatda baş verən bir sıra gözlənilməz hadisələr Putinin planlarını pozub.
Rusiya hərbi-desant qüvvələrinin komandanın yaralanması
Təlimlərin elə ilk günündə Rusiyanın hərbi-desant qüvvələri öz komandanını itirib. Kolsk yarımadasında keçirilən təlimlər öncəsi general-polkovnik Andrey Serdyukovun xidməti avtomobili bir ailəni daşıyan mülki maşınla toqquşub. Nəticədə rus komandan ağır yaralanıb.
Rusiya Müdafiə Nazirliyi hadisəni gizlətməyə çalışsa da, sonradan sosial şəbəkələrdə bununla bağlı fotolar çıxdıqdan sonra dillənməyə məcbur olub. Fotolardan göründüyü kimi, rusiyalı generalın korteji böyük sürətlə təhlükəli ötmə manevri həyata keçirməyə cəhd edərkən qarşıdakı maşınla üz-üzə gəlib.
Serdyukov Krımın işğalında mühüm rol oynayan komandan olub və bu xidmətinə görə onu Rusiyanın ən önəmli hərbi birləşmələrindən birinin başına gətirmişdilər.
Helikopterin yanlış atəş açması
Növbəti qalmaqal Rusiyanın “Gecə ovçusu” ləqəbli “Mi-28H” və “Alliqator” adlı “Ka-52” zərbə helikopterlərinin yerüstü hədəflərə atəş açması zamanı törədildi. Rusiya bu helikopterlər sayəsində dünya silah bazarında liderliyi əl keçirmək istəyir. Lakin helikopterlər hədəf yerinə dayanacaqdakı mülki maşınları vurub və nəticədə bir neçə adam yaralanıb. Rusiya Müdafiə Nazirliyi xəbəri “qara təbliğat” olaraq qələmə versə də, hadisə yerindən çəkilmiş video başqa mətləblərdən xəbər verir.
Putin təlimlərə gəlmədi
Rusiya prezidenti Vladimir Putin daha öncələr bənzər təlimlərdə qoşunları təftiş etmək üçün şəxsən iştirak edirdi. Putin və Lukaşenkonun “Qərb-2017”-ni birlikdə izlməsi nəzərdə tutlmuşdu. Lakin bu plan heç bir rəsmi izahat verilmədən ləğv edildi. Belarus prezidenti Aleksandr Lukaşenko isə zarafatla bunu “Bəlkə elə belə yaxşı olub, bomba düşəndə ayrı-ayrı yerlərdə olmağımız məsləhətdir” kimi cümlə ilə izah edib. Lakin Qərb və Rusiya analitiklərinin gəldiyi yekdil rəyə əsasən Lukaşenko əslində bilərəkdən Putinlə məsafəli davrandığını nümayiş etdirmək istəyib.
Tanklar yerindən tərpənməyib
Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Moskva ətrafındakı bir neçə tank taborunun Belarusa hərəkətə keçmək üçün döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Lakin Minskdə bu xəbər heç də sevinclə qarşılanmayıb
“Biz heç bir əlavə tank gözləmirik. Təlimlərdə iştirak edəcək olan tanklar çoxdan burdadır”, - Belarus komandanlığı bildirib.
Belarus müxalifətçiləri sərhəd keçidlərinə etiraz məqsədilə axışsalar da, heç bir tanka rast gəlməyiblər. Yalnız bir gündən sora Belarus Müdafiə Nazirliyi xəbəri anlaşılmazlıq deyə adlandırmalı olub. Qərbdə isə Moskvanın belarusların reaksiyasını öyrənmək üçün qəsdən belə bir xəbər yaydığı söylənilir.
Rusiya tərəfi tənqidlərə cavab olaraq 90 beynəlxalq icmalçısını da təlimlərə izləmək üçün dəvət etmişdi. Müşahidəçilərin verdiyi məlumata görə, Rusiya komandanlığı təlim atış çalışmalarında maksimum dərəcədə qənaət rejiminə üstünlük verib. Pis hava şəraiti və leysan yağışlar təlim meydanını nəhəng bataqlığa çevirib.
Ən maraqlıdsı isə təlimlər başlayandan bu yana Rusiyanın başı təhdid dolu anonim zənglərdən səngimir. Rusiya burada İŞİD-dən başlayaraq Qərb hakerlərinə qədər hər kəsi günahlandırır. (musavat)