ABŞ-da Ərdoğan-Putin görüşündən narahatdırlar:“Suriyada kürdlərə güclü zərbə endirməyə hazırlaşırlar” – TƏHLİL
Tom Roqan
"Washington Examiner (ABŞ), 29.09.2017
Yenixeber.org: Türkiyə və Rusiya ABŞ-ın Suriyadakı maraqlarına qarşı fəal əlbirlik toxuyur. Mən prezidentlər Ərdoğan və Putinin sentyabrın 28-də cümə axşamı Türkiyədə baş tutmuş birgə mətbuat konfransından sonra məhz bu nəticəyə gəldim.
Birincisi, Suriyaya gəlincə, Putin bildirib ki, Türkiyə və Rusiya Suriyanın şimali-qərbində İdlib əyalətində atəşkəs rejimi bərqərar etmək razılığına gəlib. Bu bəyanat yetərincə yaxşı əlamət görünə bilər, lakin İdlibin Əsəd, Putin və İrana qarşı vuruşan sünnilərin sonuncu böyük, əsil müqavimət ocağı olduğu nəzərə alınsa, Putinin bu kəlmələri ondan xəbər verir ki, Ərdoğan üsyançıların Türkiyədən gələn təchizat yollarını bağlamaq niyyətindədir.
Artıq keçən ilin dekabrında xəbərdarlıq etdiyim kimi, Rusiyanın son məqsədi İdlibdə üsyançıların tam məhvidir. Amma indi Ərdoğan özünü Putinin oyuncağı kimi göstərəkən, ABŞ isə üsyançı qruplaşmaların əksəriyyətinə yardımı kəsərkən Rusiya, Əsəd və İran qüvvələri tərəfindən İdlibin final “təmizlənməsi” üçün hər şey hazırdır.
Hələbsayağı qırğına hazır olun.
"Syria Live Maps"dən götürülən xəritəyə nəzər salsaq, görərik ki, qırmızı rəng yaşılı tədricən sıxışdırır. Bu həftənin əvvəlində izah etdiyim kimi, ABŞ mötədil üsyançıların müttəfiqlik münasibətlərimiz biçimlənmiş cüzi qruplaşmalarından üz çevirməməlidir. Bunu eləsək, ardınca təməlində İŞİD, İran və Rusiyanın (ABŞ nüfuzunun zəiflədilməsi yolu ilə) qızışdırdığı nifrətin yatdığı dinlərarası mübarizə gələcək.
Hətta Ərdoğan və Putin eyham da vurublar ki, kürdlərə çox güclü zərbə endirməyə hazırlaşırlar. Ərdoğan bu həftə bildirib ki, kürd referendumu “bölgə böhranı”nı alovlandırır və vəd edib ki, “kürd bölgə hökuməti tərəfindən daha ciddi, yeni səhvlər törədəcək addımların qabağını almalı olacağıq”.
“Qabağını almaq” sözlərinin arxasında nə gizlənir?
Putin mümkün cavaba işarə edib. DTK-nın keçmiş zabiti bildirib ki, onlar “Suriya böhranının tənzimlənməsi, başqa bölgəsəl problemlərin həllində birgə fəaliyyətin əlaqələndirilməsinin dərinləşdirilməsi məqsədilə xarici işlər nazirlikləri, hərbçilər və xüsusi xidmətlər xətti üzrə sıx təmasları sürdürməyi vədələşiblər”.
Qeyd etməyinə dəyər ki, Putin özünün “xüsusi xidmətlər”ini cəlb edərkən bunun ardınca tez-tez qəddarlıq və zorakılıq gəlir. İndi Türkiyə-Rusiya oxunun kürdlərin tutduğu ərazilərə (xəritədə sarı rənglə nişanlanıb) hücum ehtimalı olduqca böyükdür.
Təəssüf ki, bu çağırışlar Türkiyə və ABŞ arasındakı münasibətlərdə daha irimiqyaslı problemlərin yalnız simptomlarıdır. Və bu problem bundan ibarətdir ki, NATO alyansı üzrə ABŞ-ın ən önəmli müffətiqlərindən birininn lideri, yəni Türkiyə Vladimir Putinlə sıx əməkdaşlıq edir. Ərdoğan birgə mətbuat konfransı zamanı qeyd edib ki, Putinlə telefonda tez-tez söhbət edir və Putini bir neçə dəfə “mənim dostum” və “mənim əziz dostum” adlandırıb. Ərdoğan öz cənabının izzəti-nəfsini oxşamaq üçün Putinlə görüşü ona rusca təşəkkürlə yekunlaşdırıb.
“Washington Examiner” nəşrinin keçən həftə yazdığı kimi, prezident Trampın Türkiyənin bu cür mövqeyinə diqqətlə yanaşmasına dəyər.