Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Pakistanın müdafiə naziri İsraili hədələdi

pakistan-bayraq

Xeberinfo.com:   “The Telegraph” yazır ki, Pakistanın müdafiə naziri sosial mediadakı saxta xəbərə əsaslanaraq İsraili cavab nüvə zərbəsi ilə hədələyib.

Məqalədə deyilir ki, nazir Xvaca Asif AWDNews internet saytında dərc olunmuş belə bir uydurma xəbərə inanıb: “İsrailin müdafiə naziri: Əgər Pakistan hər hansı adla Suriyaya quru qoşunları göndərsə, biz bu ölkəni nüvə zərbəsilə məhv edəcəyik”.

Pakistan nazirinin cavab tvitində deyilirdi: “İsrailin müdafiə naziri nüvə zərbəsi ilə hədələyir…İsrail unudur ki, Pakistan da nüvə ölkəsidir”.

Bundan sonra İsrailin Müdafiə Nazirliyi anlaşılmazlığa aydınlıq gətirməyə çalışıb.

Cavab tvitində deyilir ki, keçmiş müdafiə naziri Yaalona aid edilən sözlər heç vaxt deyilməyib və Pakistan müdafiə nazirinin bəyanatlı tamamilə uydurma xəbərə istinad edir.

“The Telegraph” xatırladır ki, İsrail nüvə arsenalına malik olması məsələsində ikibaşlı siyasət yürüdür. O nüvə silahına malik olduğu barədə iddiaları nə təsdiq, nə də təkzib edir.

İlk nüvə sınağını 1998-ci ildə ildə həyata keçirmiş Pakistan, təhlilçilərin təxminlərinə görə 120 nüvə başlığına malikdir və nüvə cəbbəxanasını sürətlə genişləndirir.

Müsəlman ölkəsi olan Pakistanın İsraillə diplomatik münasibətləri yoxdur.

“The Telegraph” yazır ki, yol verdiyi aldanışa görə cənab Asif bir xeyli lağa qoyulub.

“Bizim nüvə proqramımız o qədər ciddi məsələdir ki, onu “Twitter” aludəsi olmuş siyasətçilərə tapşırmaq olmaz” – yazır tanınmış televizya jurnalisti Nüsrət Cavid.

Amma bu arada sosial media şəbəkələrində saxta xəbərlərin dalğası getdikcə güclənir.

Bu ayın əvvəllərində bir nəfər ABŞ prezidentliyinə namizəd Hillari Klintonun uşaq oğurluğu ilə bağlı olduğuna dair saxta xəbəri oxuduqdan sonra əlinə tüfəng alaraq Vaşinqtondakı restoranlardan birinə gəlmiş, araşdırma aparmaq niyyətində olduğunu demişdi.

Ötən həftə “Google” bildirib ki, özünün axtarış sistemini təmizləmək istiqamətində işləyir.

Buna səbəb o olmuşdu ki, “Holokost olubmu?” axtarışı isifadəçiləri Holokostu danan internet saytına aparırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam