Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

ABŞ təmsilçisi:“Ukrayna ilə bağlı siyasətimizi o vaxt uğurlu sayarıq ki, onun ərazi bütövlüyü bərpa olunsun”

 

abs temsilcisi ukrayna ile bagli siyasetimizi o vaxt ugurlu sayariq ki onun erazi butovluyu berpa olunsun

 

ABŞ Krım məsələsinin dondurulmasının əleyhinədir.

 

Yenixeber.org:    Bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Deutsche Welle”yə müsahibəsində deyib.   

 

Xatırladaq ki Almaniya Azad Demokrat Partiyasının lideri Kristian Lindner Krımın statusunun dəyişməsinə göz yummağa və Rusiya ilə əlaqələrin bərpasına başlamağa çağırıb. O, hazırkı situasiyaya “qeyri-müəyyən müddətli müvəqqəti qərar” kimi baxmağı təklif edib. K. Volker isə bu cür fikirlərlə razı olmadığını söyləyib: “Mən Rusiyanın Krıma müdaxiləsi və bu bölgəni işğal etməsi ilə Donbas problemi arasında fərq görmürəm. Üstəlik, Krımla bağlı rusiyalılar bu ərazinin ilhaqından, mənimsənilməsindən danışırlar, təkcə işğaldan söhbət getmir. Mən hesab etmirəm ki, biz bu cür addımları qəbul etməli və legitimləşdirməliyik”.     

 

V. Volker bildirib ki, ABŞ Ukraynanın bütün ərazisində sülhün əldə olunmasında və Krımın qaytarılmasında maraqlıdır. O, Vaşinqtonun Donbas probleminin həlli üzrə Kiyevdən və Avropa ölkələrindən xəbərsiz Rusiya ilə hər hansı razılıq əldə etməyə çalışmadığını da söyləyib: “Bu, olmayacaq. Ukraynalıların başı üzərindən və ya avropalıların arxasından heç bir sövdələşmə ola bilməz”.   

 

ABŞ təmsilçisi bəyan edib ki, Ukrayna məsələsi Tramp administrasiyasının beynəlxalq siyasətinin prioritet istiqamətlərindən biridir: “Ukrayna vacibdir. ABŞ və Rusiyanın ikitərəfli münasibətlərində başqa vacib məsələlər də var. Suriya, Şimali Koreya kimi beynəlxalq problemlər də var. Onların hamısı vacibdir, lakin Ukrayna əsasdır”.     

 

Diplomatın sözlərinə görə, Vaşinqton Ukrayna ilə bağlı siyasətini o vaxt uğurlu sayacaq ki, bu ölkənin ərazi bütövlüyü bərpa olunsun və bütün ukraynalıların təhlükəsizliyinə təminat verilsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam