Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Martin Şults:“Rusiyanın tərkibində Krım bir faktdır”

Krımın Rusiyaya məxsusluğu Moskvanın vaz keçməyəcəyi bir faktdır.

Yenixeber.org xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Almaniya Sosial-Demokrat Partiyasının lideri, federal kansler vəzifəsinə namizəd Martin Şults deyib.

“Məncə, vəziyyət elədir ki, ruslar bunu fakta çeviriblər və bunda israr edəcəklər”, - o qeyd edib.

Eyni zamanda, almaniyalı siyasətçi Krımın Rusiyaya birləşdirilməsini beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirdiyini bildirib.

Krımın nə qədər uzun müddətə Rysiyanın tərkinbində qalacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyən Şults əlavə edib ki, yarımadanı Rusiyadan zor gücünə almaq çətin ki mümkün olsun. “Zənnimcə, bu yalnız danışıqlar yolu ilə baş tuta bilərdi”, - siyasətçi bu cür hesab etdiyini vurğulayıb.

Almaniya sosial-demokratlarının liderinin sözlərinə görə, onun ölkəsi Rusiya ilə “açıq mətnlə danışmalıdır”. “Bir tərəfdən, bir təkliflərimizi etməliyik, lakin onlar yalnız o zaman bir əhəmiyyətə malikdir ki, Rusiya buna getməyə hazır olsun”, - o deyib. Şults xəbərdarlıq edib ki, digər tərəfdən, “ABŞ prezidenti Trampın və bəlkə Putinin də istədiyi kimi silahlanma qəti şəkildə doğru deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam