Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycanın adı 333 kiloqram narkotik qalmaqalında

 

Rumıniyada saxlanılan heroin dolu yük maşınlarının Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçdiyi iddia olunur

"Xeberinfo.com":   Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya gedən 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanılıb, xəbəri Associated Press yayıb. Iyulun 29-da heroin yük maşınlarında aşkar edilib, onlardan biri Macarıstana, digəri isə Rumıniyanın Bıstritsa şəhərinə gedirdi. Narkotiklərdən biri itlərin aşkar etməməsi üçün üstü bibərlə örtülmüşdü.

Işlə bağlı iki Türkiyə və iki Rumıniya vətəndaşı saxlanılıb. Rumıniyanın polis şefi Klaudiu Kukunun sözlərinə görə, onlar 2011-ci ildən müşahidə altında idilər.

Heroini, çox güman ki, Əfqanıstanda istehsal ediblər.

Öz növbəsində, Rusiyanın nüfuzlu RIA və ITAR-TASS agentliklrəi bildirib ki, narkotik Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirilib.

Iyunun 12-də Ukraynanın Təhlükəsizlik Xidməti Türkiyədən bitum rulonlarla (ruberoyd) bərə ilə Odessaya gətirilmiş 500 kiloqram heroin müsadirə edib

2014-cü ilin iyulunda Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 3 ton maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanılıb.

ABŞ Dövlət Departamentinin hesabatlarına əsasən, Azərbaycan Əfqanıstan narkotiklərinin Avropaya tranziti həyata keçirilən ölkələrdən biridir. Bu tranzitin illik həcmi onlarla tonla qiymətləndirir.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən  Oxu.az-a daxil olan məlumatda isə bildirilir ki, Azərbaycan tərəfi qanunsuz narkotik qaçaqmalçılığının qarşısını həmişə alıb. “Rumıniyaya Azərbaycandan keçməklə getdiyi deyilən 333 kiloqram heroinə gəlincə isə bildiririk ki, kütləvi informasiya vasitələri bu xəbərdə Azərbaycanın adını yanlışlıq ucbatından hallandırıblar. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə Idarəsinin rəsmi saytında yerləşdirilmiş məlumatda Azərbaycan haqda heç bir söz yoxdur”, - deyə DGK-dan bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam