Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

«Rusiya təyyarəsinə koordinatı Türkiyə verib» –“Kommersant”

rus teyyare

Xeberinfo.com:    Əl-Babda 3 türk əsgərin şəhid edildiyi hücumla əlaqədar olaraq “Kommersant” qəzeti  hücumun ediləcəyi nöqtənin koordinatlarını Türkiyə Baş Qərargahı tərəfindən “vurulacaq hədəflər” olaraq verildiyini iddia edib.

“Kommersant” qəzeti, bir rus təyyarəsinin hava əməliyyatını Suriyanın Əl-Bab qəsəbəsində üç türk əsgərinin həyatını itirməsinə yol açmasının səbəblərindən birinin, türk əsgərlərinin Rusiya tərəfinə xəbər verilmədən hava hücumunun təşkil ediləcəyi sahəyə yerləşdirilməsi ola biləcəyini yazıb.

Xəbərə görə, Rusiya və Türkiyə Baş Qərargahları, dünənki hava əməliyyatında vurulacaq hədəflərin koordinatlarını əvvəlcədən razılaşmışdı. Qəzetin iddiasına görə “bu səbəblə hava əməliyyatında üç türk əsgərinin ölməsinin səbəbi, söz mövzusu əsgərlərin rus tərəfi ilə razılaşmadan yerlərinin dəyişdirilməsi olub”.

moskovskiy_kreml_2

Kremldən verilən açıqlamada: “Rusiyanın hərbi təyyarələri Türkiyənin verdiyi koordinatlar daxilində hərəkət edirdi” deyilib.

Kremlin sözçüsü Dimitri Peskov: “Təyyarəlirimiz, türk həmkarlarımızın verdiyi koordinatlara görə hərəkət etdi, orada türk əsgərlərinin olmaması lazım idi”, deyə açıqlama verib.

***
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.

turkey_genelkurmay_020815Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam