Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Fırat kalkanı” -Əməliyyatdan 100 gün ötür

8a5f754f-a60a-482f-beb2-948717214bfc

Türkiyə Silahlı Qüvvələrinin Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı“) adı altında həyata keçirdiyi əməliyyatın 100-cü günüdür.

Xeberinfo.com:   “Habertürk”ə istinadən xəbərə görə, 2016-cı il avqustun 24-də başlayan əməliyyat zamanı Türkiyənin 18 hərbçisi şəhid olub, 2-si isə itkin düşüb.

İnformasiyaya görə, antiterror əməliyyatının 99-cu günündə isə Türkiyə Silahlı Qüvvələrinin iki pilotu İŞİD terrorçuları tərəfindən qaçırılıb. Onların Suriyanın Rakka şəhərinə aparıldıqları ehtimal edilir.
Suriya Azadlıq Ordusu döyüşçülərinin Əl-Bab şəhərinə yaxınlaşdığı ərəfədə Bəşşar Əsədə aid qırıcılar onların mövqeyinə havadan zərbə endirib. Bu səbəbdən Türkiyə hərbçiləri iki həftə ərzində İŞİD-in mövqelərinə zərbə endirə bilməyib.
Məlumata görə, 100 gün ərzində Türkiyə Silahlı Qüvvələrinin Suriya Azadlıq Ordusuna dəstəyi nəticəsində Cerablus rayonu, ona aid 30 kənd də daxil olmaqla Suriya ərazisində 1820 kv.km. ərazi, eləcə də 218 yaşayış məskəni terrorçu İŞİD qruplaşmasından təmizlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam