Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

KÜRD BAYRAĞI TÜRKİYƏ SİYASƏTİNİ QARIŞDIRDI:AKP ilə MHP üz-üzə

C5nVYtWXQAIJ4lo

Son günlərdə Türkiyə gündəmini ən çox zəbt edən mövzulardan biri İraq kürd yönətiminin başçısı Məsud Bərzaninin İstanbulda qarşılanması sırasında baş verənlərdir.

Yenixeber.org:  Türkiyə mətbuatına istinadən xəbərə görə, İraqdakı kürd muxtariyyətinin liderinin Türkiyə ziyarəti zamanı bayraq skandalı yaşanıb. Məsələ ondadır ki, Barzaninin qarşılanma törəni və tərəflərin danışıqları sırasında Türkiyə və İraq bayraqları ilə bərabər, protokola kürd muxtariyyətinin bayrağı da daxil edilib. Bu isə Türkiyə cəmiyyəti, xüsusilə də MHP-lilər tərəfindən böyük hiddət və təpki ilə qarşılanıb. Hətta son zamanlar konstitusiyaya dəyişiklik referendumu ilə bağlı AKP-ni açıq şəkildə dəstəkləyən MHP lideri Dövlət Bahçeli də bu olaya biganə qalmayaraq, hökuməti sərt tənqid edib:
“Dövlət başçısının bundan xəbəri varmı? Baş nazir arxasında dalğalanan bayrağı gördümü? Türk millətinə kəfən biçən bir çürümüşün (Məsud Barzaninin-red.) Türkiyədə qonaq olaraq qarşılanmasını və vətənimizin səmasında o sözdə bayrağın türk bayrağına bərabər tutularaq dalğalanmasını qətiyyən qəbul etmirik. Bu şəxs öncə PKK-ya göstərdiyi dəstəyin, şəhidlərimizin və Türkiyəyə qurduğu tuzakların hesabını verməlidir”.

Qeyd edək ki, Barzaninin Türkiyəyə səfəri və az qala müstəqil bir dövlətin başçısı kimi qarşılanmasına təkcə MHP deyil, HDP xaric, demək olar bütün digər partiyalar da təpki göstərib. CHP sözçüsü Selin Sayek də olaya təpki göstərərək, AKP-nin bu yanaşmasına hamıdan öncə, iqtidarla yaxınlaşan Bahçelinin izahat verməsini istəyib. Mətbuatda və sosial mediada geniş müzakirə olunan mövzuya Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu aydınlıq gətirməyə çalışıb və maraqlı nümunə göstərib. O bildirib ki, bir müddət öncə Tatarıstan Respublikası rəhbərliyinin Türkiyəyə səfərində Türkiyə və Rusiya bayraqları ilə yanaşı Tatarıstan bayrağı da protokola daxil edilib. Və burada qeyri-adi heçnə yoxdur. Bu açıqlama isə milliyətçilər tərəfindən uğursuz müqayisə və şəhidlərə qarşı hörmətsizlik kimi qələmə verilərək, qınağa səbəb olub. Hətta yerli analitiklər son bayraq qalmaqalının onsuz da kifayət qədər kövrək olan AKP-MHP münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam