Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NATO-nun hərəkətləri təxribat xarakterlidir” –Sergey Lavrov

 

sergey-lavrov

NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərəkətləri təxribat xarakteri daşıyır. 

Xeberinfo.com:   Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Buraya həm də, Polşa və Baltikyanıda Alyansın əlavə hərbi kontingentlərinin yerləşdirilməsi aiddir. Qeyd edim ki, artıq Şərqi Avropanın digər ölkələri – Bolqarıstan və Rumıniyada da analoji kontingentlərin yerləşdirilməsi ətrafında diskussiyalar aparılır”, – deyə nazir bildirib.

XİN rəhbərinin sözlərinə görə, təxribat hərəkətlərə həmçinin bloka üzv olan bəzi ölkələrin silahlı qüvvələrinin təkmilləşdirilməsinə dair milli planlarının ardıcıl reallaşdırılması, yeni hərbi infrastrukturun qurulması və sərhədlərimiz yaxınlığında NATO təlimlərinin sayının və miqyasının xeyli artması da aiddir.

Lavrovun sözlərinə görə, qeyd olunan məsələlər, habelə NATO-nun Rusiya ilə mülki və hərbi kanallarla əməli əməkdaşlığın tamamilə dondurulmasına dair birtərəfli qərarı etimadsızlığın artmasına və Avropa qitəsində qüvvələrin mövcud balansının pozulmasına gətirib çıxarır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam