Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QEYRƏT, HARADASAN?

 

Qanunlar elə yazılmalıdır ki, qarşıdan gələn zamanı qabaqlasın, həm də işlək olsunlar

 

Xeberinfo.com:   QEYRƏT sözünün izahı Ağamusa Axundovun “Azərbaycan dilinin izahlı LÜĞƏTİ” kitabında belə verilmişdir:Təəssüb çəkmə, şərəfi, heysiyyəti qorumaq, dözüm, mətanət.

QEYRƏT gözə görünməyən qüdrətli bir qüvvədir. O insanın genindədir və onun müəyyən hərəkətlərində üzə çıxır. QEYRƏT Azərbaycan xalqının Milli Azadlıq hərəkətində öz varlığını sübuta yetirib. Qeyrət bir daha özünüAzərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovda... və yaramazı yerində susduran Ramil Sahib oğlu Səfərovda  göstəribdir.

Bu kəlamla əlaqədar olaraq iki tarixi faktı önə çəkmək istəyirəm.

1.”Stalinqrad  Vuruşması (1942-1943)- Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqradı müdafiə etmək və Stalinqrad istiqamıtində alman-faşist qruplaşmalarını darmadağın etmək üzrə müdafiə və hücum əməliyyatları...Stalinqrad üzərinə hücum üçün 6-cı alman ordusu(komandanı F.Paulys) ayrılmışdı... Noyabrın 23-də Cənub-Qərb və Stalinqrad cəbhələrinin səyyar dəstələri Kalac, Sovetski, Marinovka rayonunda birləşdilər və düşmənin 22 diviziyası və 160-dan çox hissəsi (330 min nəfər əsgər və zabit) mühasirəyə düşdü. Həmin gün alman-faşist qoşunlarının Raspopindəkiqruplaşması da təslim oldu” (ASE cild IX, səh.21,23).

Alman rəhbərliyi mühasirədə olan general F.Paulysu İ.Stalinə onun almanlara əsir düşən  oğluyla dəyişməyi təklif etsələr də İ.Stalin -- generalı əsgərə dəyişmərəm,- cavabnını vermişdi. Hər bir hadisədən əvvəl bunu qeyd etmək lazımdır ki, İ.Stalin almanların əlində əsir olan övlad atasıydı. O, bilirdi ki,bu formada “dəyişmə” hüququna ixtiyar sahibi deyil. Şübhəsiz ki, o, dəhşətli formada əzab çəkə-çəkə,dözə-dözə müharibəni qalibiyyətlə davam etdirməliydi...

2.”Keçənəsrin iyirminci illərində Bakıda hərbi xidmətdə olan aviyasiya marşalı, Sovet İttifaqı qəhrəmanı, ikinci hava qoşunlarının komandanı S.A.Krassovski 1976-cı ildə çapdan cıxmış “Aviyasiyada keçirdiyim həyat” adlı kitabın 165-ci səhifəsində cəsur şahin haqqında belə yazmışdır: 1943-cü il iyun ayının 2-də alman bombardmançıları müxtəlif istiqamətlərdən və ayrı-ayrı hündürlüklərdən Kursk şəhərinə hücuma keçdilər. 2-ci hava ordusunun və 102-ci diviziyanın hava hücumundan müdafiə qüvvələrilə birgə düşmənin bu güclü hücumunu müvəffəqiyyətlə dəf etdilər. Bu döyüş zamanı düşmənin 155 təyyarəsi məhv edidi. Qanlı döyüşlərdə Cahangir( Volodya) Bağırov xüsusilə fərqləndi. O, düşmənin ikiYU-88 təyyarəsini bir göz qırpımında məhv edərək geri dönərkən ona qarşı uçan “Foks- Vulfom-190” qırıcı təyyarəsini gördü və hücuma keçərək burun-buruna toqquşdu. Hər iki təyyarə göydə alovlanıb külə döndü. Bu isə əsl qəhrəmanlıq nümunəsi idi... Lakin M.C.Bağırov öz oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün SSRİ Ali Sovetinin sədri M.İ.Kalininə imkan verməmişdi...”(Fazil Məmmədov. “Mir Cəfər Bağırov Kreml ixtilafları burulğanında” ŞƏMS Bakı-2014, səh.15).

Atası nə səbəbə görə oğlunu ölümü bahasına qazandığı şöhrətdən məhrum etdirmişdir? Axı o, nəinki qəhrəmanlıq, həm də qeyrət mücəssəməsi idi...

Mənim hökumətimizə təklifim budur ki, Rusiya Federal hökumətindən Cahangir Bağrova Sovet İttifaqı qəhrəmanı adı veriməsini xahiş etsin.Hər halda bu xahişi prezident Vladimir Putin eşidər.

Demək olar ki, M.C.Bağırovun bir ədəd fotosunu çıxmaq şərtilə mətbuatda və ədəbiyyatda fotosu yoxdur. Fotoqrafdan yayınmaqla, oğlunun mərd qəhrəmanlığına verilən qiymətə imkan verməməklə o,siyasi və mənəvi cəhətdən yoxsul olduğunu sübuta yetirmişdir.

Müstəqil dövlət qruculuğunda ən ağrılı məsələ dövlətin idarə etmə strukturlarının yaradılmasıdır. Respublikanın Prezidenti 2013-ci ilin lap əvvələrində respublikanın məsul şəxslərinin iştirakı ilə keçirdiyi müşavirədə ən ağır-Antımillilər, xainlər”,- kimi  kəlamlarla çıxış etmişdi.Həmin çıxışa müxalif mətbuatı geniş reaksiya verdi. Bir vətəndaş olaraq mən də müstəqil ”Yeni xəbər”qəzetinin aprel ayındakı saylarında -Antimillilər”, “Xainlər” kimlərdirvə onları necə sıradan çıxarmaq olar?,”- adında geniş həcmli tənqidi yazı ilə çıxış etdim.

Respublikada kimlərin hansı işlərlə məşğul olduğu haqqında kifayət qədər məlumatlı olan Prezidentin bu ağır kəlamlarını heç də vəzifə başında olanların hamısı dərk etməmişdi, yaxud istəməmişdi.Çalışırdılar ki, hakimiyyəti ələ keçirib, ölkəni talayıb var-dövlət yığsınlar və ağıllı başları sıradan çıxararaq ölkədə birinci şəxs olsunlar.Lakin bunlarda respublikanı idarə etmədə İlham Heydər oğlunda olan siyasi iradə, dərin anlam,  sağlam düşüncə, fəhm, təmkin, səbir yox dərəcəsində idi.

Qeyd eilənlərlə əlaqədar olaraq yenə bir sıra faktları nəzərdən keçirək.

Sovet İttifaqı qəhrəmanı,tarix elmləri doktoru, akademik Ziya Bünyadov,Qara polkovnik ləqəbi adını almış Fətulla Heseynov, Prezident Yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir... Lakin bu kimi şəxsiyyətlərin hansı səbəblərdən qətlə yetirilməsi  dərindən araşdırılmırdı.

Xüsusi İdarənin sabiq əməkdaşı Tofiq Zəbulla o. Rəcəbov tərəfindən təyyarə ilə xaricdən Azərbaycana daşınan18 milyard dollar (“Xeberinfo.com”25.XI.2015-ci il) və 16,8 milyard avroro (“Xeberinfo.com”  28.XI.2015-ci il) haqqında səlahiyyətli dövlət idarələrinə rəsmi məlumatlar verilsə də heç bir tədbir görülmür, həmin məlumatların yalan,yaxud dogruluğuna isə əhəmiyyət verilmirdi.

“Xeberinfo.com”(30.03.2014 cü il) məlumat verir ki,...Söhbət Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi  banknot çap edən “OeBS” Şirkətinin rəhbərliyinin işi üzrə keçirilən məhkəmə prosesindən gedir. Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilədən Mərkəzi Bankın rəsmilərinə 20% həcmində “şapka”ödənilib.Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş ofşor şirkətin hesabına köçürülüb”. Yenə də bu rüsvayçı əməliyyatla bağlı respublikada heç bir səlahiyyətli məmur maraqlanmırdı.

Maraqlanan da bir şey hasil edə biləcəkdimi? Maliyyə sahəsində yuridik-hüquqi sənədləri tərtib etməyi kifayət həcmdə bilən yırtıcıların əməllərinin soraqları Bakıda ABB-“zaminbank”dan, ABB-nin Moskva filialından, Monako knyazlığının Monako qumarxanasından, Lüksemburq Hersoqluğunun Lüksemburq filialından, Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi”OeBS” Şirkətindən,Panamadakı ofşor hesabdan, Hətda Afrikadan da gəlirdi. Bunların səsi-soraqlarıAvstraliya qitəsini çıxmaq şərtilə insan yaşayan qalan qitələrdən eşidilirdi.Artıq pitonlaşmış bu dəstənin öhdəsindən gəlmək də mümkün deyildi. Onlar respublikada hakimiyyəti ələ almağa yaxınlaşmışdılar ki, Respublikamızın Ali hakimiyyəti özündə güc-qüvvə tapıb milyardlarla dollarları mənimsəyən yırtıcıların iki nəfər yekəsini (aparıcı-təşkilatçı) məsuliyyətə cəlb etdi.

Uzun müddət zülmü öz üzərimdə görüb yaşayışımda canım boğazıma yığılandan sonra qırmızı xəttidə oyana kecib “Dövləti vəzifələrdəqudurma və manqurtlaşma haqqında” adıyla faktlara əsaslanan ciddi tənqidi yazımla 12.10.2015-cil tarixdə “Xeberinfo.com”da çıxış etdim.

Nəhayət 17.10. 2015-ci il tarixdə Prezident respublikaya ağıla sığmaz ciddi təhlükə mənbəyinə çevrilmiş Milli Təhlükəsizlik Nazirliyinin fatihəsini verdi. Prezident nəqədər səbirli, təmkinli, dözümlü  olsa da səbrin də həddi hüdudu var. Bu aşıb daşandahaqq-ədalət də öz yerini tapır.Düz bir il üç aydır hüquq mühafizə orqanları istintaq aparır, hələ də mtn-nin dolaşıq işlərinin dolaşığının axırına çıxa bilmir.

“Xeberinfo.com”saytında  (17.01.2017-ci il) “İcra başcılarının Milli Məclisdə vəzifə tutan övladları” nın syahısı verilibdir.

“Millətin meyarı nədir və yaxud nədədir” çıxışımda (V.H. 30.03.2008-ci il) yazmışdım: “Qanunvericilik aktlarını qəbul edib onu təsdiqdən keçirən Milli Məclisin Millət vəkillərininheç olmazsa tən yarısı 45-50 il yaş həddindən aşağı olmamaq şərtilə hüquq elmləri üzrə, həmin yaş həddində Millət vəkillərinin otuz faizi maliyyə kredit işlərindən baş aça bilən iqtisadçı-mühəndis, kənd təsərrüfatı və tibb sahələrində kifayət qədər təcrübəsi olan elmi kadrlardan seçilməlidir”. İndi ki hal-hazırda MM-də işləyən bu gənclər həyatda isti-soyuq, müharibə görməyiblər, minimum 20 il ixtisası üzrə təcrübəsi yoxdırsa qanunları necə ratifaksiya edəcəklər ki,qanunlar işlək olsun?

Tarix elmləri doktoru Cəmil Həsənlidən tarix fənnindən üç qiymətini səkkiz minnətçinin vasitəsilə alan Səyavuş Novruzovdan, çıxışında “İranı beş yerə bölən” Qüdrət Həsənquliyevdən, hüquq elminin sahibinə-“ardımca danışma,kişisən mənimlə üz-üzə gəl,-” deyərək ləyaqətsiz formada çığır-bağır salan Fəzail Ağamalıdan Millət vəkili olursa, Su mühədisinin elmi fantan vurub qanunları ratifikasiya edən Milli Məclsin sədri vəzifəsində əyləşə bilirsə şübhəsiz ki, təcrübəsiz gənclər də yuxarıda qeyd edilənlər keyfiyyətdə Millət vəkilləri olacaqlar və Milli Məclisi öz bildikləri kimi idarə edəcəklər. Gül olsunlar, bülbül olsunlar qəfəsdə olmasınlar. Uğurlar olsun...

Fikrimizi tamamlamaq məqsədiylə çıxışlarıyla diqqət çəkən alimlərimizdən biri Vahid Əhmədovun verdiyi müsahibəyə nəzər yetirək. Deputat İlham Əliyev: “Gedib Prezident Administrasiyasından yapışmaq lazımdır”.

“Xeberinfo.com”(19.01.2017-ci il): Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu keçirilən iclasında Rəqabət məcəlləsinin hələ də qəbul edilməməsinə sərt reaksiya verilib.

QEYRƏT, HARADASAN?

Modern.az-ın xəbərinə görə, deputat Vahid Əhmədov bildirib ki, on ildir qanun qəbul edə bilmirlər: “Bu qanun Milli Məclisdə iki dəfə oxunuşdan keçib. Üçüncü oxunuşda geri qaytardılar. Prezident “Strateji Yol Xəritəsi”ni imzalayıb. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır. “Hesablama Palatası” haqqında təzə qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa niyə qəbul etmirik?

Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan coxdur. Çünki, biz lazım olan qanunları qəbul etmirik. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalırıq.

Üçüncü bir qanun layihəsi“Maliyyə nəzarəti haqqında” qanun layihəsidir. İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Xeyir, bu biabırçılıqdır. Necə var idisə, ondan da pis vəziyyət də davam edir. Biz təşkilatı yaradanda mən dedim ki, lazım deyil. Bu indiki halda Azərbaycana heç bir xeyir verən deyil. Amma indi Mərkəzi Bankla maliyyə bazarına Nəzarət Palatası arasında müəyyən mübahisəli məsələlər gedir, Bank sistemini biz bu gün sağlamlaşdıra bilmirik. Ona görə də bu qanunu qəbul etmək sərf eləmir. Çünki, bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın”

Daha sonra isə komitə sədri Ziyad Səməzadə bildirib ki, Rəqabət Məcəlləsi ilə baglı sənəd Milli Məclisə daxil olmayıb. Daxil olsun ki, biz onu qəbul edək. Prezident Administrsiyasında, müvafiq nazirliklərdə üzərində işləyirlər. Bu günə qədər iş planına salınan qanunların hamısı Milli Məclisdə qəbul olunub. Ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil.

Deputat Əli Məsimi hər iki qanunun dünyanın bütün ölkələrində qəbul olunduğunu deyib.”Amma bizdə bu qəbul olunmur. Ona görə də iqtisadiyyatımızda fəsadlar baş verir. Tez zamanda onu qəbul etməlyik”.

Deputat İlham Əliyev də məsələyə münasibətini bildirib. Bu qanun gəlmirsə onda gedib Prezident Administrasiyasından yapışmaq lazımdır.

Xatırladaq ki, deputat İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir”.

Qoy oxucular sanmasın ki,həmin mövzunu bir daha təkrarlamaqla baş aldadıram. Xalqa çatdırmaq istəyirəm ki, komitə tam gücü ilə və tələb olunun qaydada işləmir, baş girləyir, gün ötürür.Qanunların vaxtında qəbul olumasına can yandıran  QEYRƏT sahibi Vahid Əhmədovdur.Bəs qanunların qəbulunda vaxt uzadıb süründürməçilik yaradanlar, yarınanlar və məsuliyyətsizlər kimlərdir?

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikanın iqtisadi inkişafına dəstək məqsədilə 500 milyon dollar məbləğində kredit sazişi imzalayıb, (Bu barədə bankın Bakı ofisindən məlumat verilib.Kredit sazişiniMaliyyə naziriSamir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov imzalayıblar.Qeyed edək ki, AİB dekabrın 7-də Azərbaycana 500 milyon dollar məbləğində kredit ayrılmasını təsdiqləyib) respublika maliyyə cətinliyinə düçar olduğu bir vaxtda Ziyad Səmədzadə isə qanunların hazırlanması ilə  müvafiq nazirliklərin və Prezident Administrasiyasının məşğul olmasını əlində əsas tutub hamını aldatmaqla vəziyyətdən çıxmağa calışır.

QEYRƏT, HARADASAN?

Bilgidən və görmədən kasıb, işləmək əvəzinə həqiqəti deyənə yersiz irad tutan akademik Z.Səmədzadədən  soruşan da yoxdur ki, bəs nə səbəbə görə nazirliklərdə qanunları yazanlardan bunları tələb etmirsən, nəylə məşğulsan, 500 yüz milyon dollar həcmində borcu görmürsən? Qanunları yazanlar gələcəkdə tutduqları əməllərdə günahlandırılmasınlar deyə onu öz xeyirlərinə yazacaqlar. Komitə yazılanları alıb düzəliş etməli və sonra da ratifikasiya etmlidir. Xalqı qəpik-quruş ümidinə qoyubözünüz üçün artırdığınız əmək haqqını nəyin hesabına alırsan? Z.Səməzadədə və MM-in sədrində qətiyyət-kəsər olsaydı respublikanın maliyyə taleyini həll edən qanunlar vaxtında ratifikasiya olunubişlək vəziyyətə gətirilərdi. Həqiqəti etiraf edək ki, MM-də deputat yox, debitor daha çoxdur.

Necə olur xalqın bu çətin günündəenrji daşıyıcılarının qiymətlərininartırılmsı bir ay əvvəldən xəbər verilir, dövlətin müqəddəratını- dayanıqlığını, qüdrətini həll edən qanunların tərtibi və onun ratifikasiya edilməsi illərlə süründürülür? MM-in sədri Oktay Əsədov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə anlamalıdırlar ki, Milli Məclis onlar üçün ictimai təminat şöbəsi deyil. İşləməyi bacarmırlar əyləşdikləri kürsüləri işləməyi bacaran qeyrətli oğullara təhvil versinlər.

Mən on illərlə istesalat-maliyyə fəaliyyətimdə ratifikasiya olunmuş qanunlar ilə işləmişəm.QANUN olmadan işləmək mümkünsüzdür.

 

   Quliyev  Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam