Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əsgər özünü niyə asdı?

Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb.

Xeberinfo.com: Turan-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, amma əsgərin valideynləri buna inanmırlar.

“Elbrus Nəcəfov ölüm xəbərindən bir saat əvvəl ailəsi ilə telefonla danışıb. O, bir gün sonra məzuniyyətə gələcəyini deyib. Ona görə də onun özünü asması inandırıcı görünmür”, -Nəcəfovun valideynləri bildiriblər.

Ailə belə hesab edir ki, övladlarının intihar etməsi iddiası onun öldürüldüyünü gizlətmək məqsədilə ortaya atılıb. E.Nəcəfov idmançı olub, idmanın kapoeyra növü üzrə ölkə çempionu olub, Dünya Çempionatında iştirak edib.

Əsgərin ölümü ilə bağlı məlumatı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən dəqiqləşdirmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam