Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Milli Şuranın taktikası yanlışdır”

1368185044_fazil_gazanfarov_261009

Siyasətdə öz məqsədlərini həyata keçirmək üçün din amilindən siyasi alət kimi istifadə etmək yanlış taktikadır.

Xeberinfo.com:  Bunu “Trend”ə Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə Əli Kərimlinin dindarları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib.

F.Mustafa bildirib ki, siyasətdə daha çox demokratik ölçülərdə hərəkət etmək lazımdır: “Radikal dindarların da cəlb edilməsi ilə mitinq keçirmək taktikası ağıllı taktika deyil. Mitinq keçirmək bir hüquqdur və referendum ərəfəsində dövlət orqanları da doğru olaraq buna imkan yaradıblar, razılıq veriblər, amma bu o demək deyil ki, meyillənmə demokratik resurslar çərçivəsindən çıxmalıdır. Müxalifət qüvvələri dini siyasətə alət etmək addımından çəkinməlidir. Çünki bu daha çox onların, ünumulikdə dövlətin, cəmiyyətin ziyanına ola biləcək bir məsələdir”.

Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə, yəni sentyabrın 17-nə yenidən mitinq təyin etməsi məsələsinə gəlincə isə, F.Mustafa bildirib ki, bu addım müxalifətdə niyyətlərin fərqli olmasından irəli gəlir:

“Niyyətlər demokratiya uğrunda mübarizə deyil axı. Niyyətlər kimin önə çıxmasıdır, kimin daha çox “mən müxalifət adına sahibəm” deyə bu iddianı gündəmdə saxlamasıdır. Əsas budur, ona görə başqa cür addım gözləmək də olmazdı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam