Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NİDA-çılara hökm oxundu-YENİLƏNİB

 

 

    Xəbər verildiyi kimi, bu gün "Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinə Ağır Cinayətlər Məhkəməsində hökm oxunması gözlənilir. 

 

     "xeberinfo.com": Məlumata görə, müttəhimlərin qohumları, yaxınları, dostları, habelə ictimaiyyət nümayəndələri məhkəməni izləmək və gənclərə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşıblar.

Polislər izdihamı binanın qarşısından çəkilməyə, üzbəüzdəki parkda toplaşmağa vadar edib.

Məlumata görə, məhkəmə binası önünə cəlb edilmiş əlavə polis qüvvələri qələbəliyə görə həyəcanlıdırlar və jurnalistlərə normal işləmək imkanı vermirlər. Toplaşanlardan bir neçə var məhbus gənclərinə müdafiəsinə dair plakat qaldırıblar, ancaq polislər plakatı dərhal alıb aparıblar.

Qeyd edək ki, dövlət ittihamçısı 8 gəncə üst-üstə 64 il həbs cəzası istəyib. Onlar "Molotov kokteyli" düzəldərək dövlət çevrilişi etmək cəhdində təqsirləndiriilirlər. Gənclər özləri və beyəlxalq hüquq müdafiəsi təşkilatları ittihamları əsassız sayır, cinayət işini qurama hesab edirlər.

                                 ***

 "Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvləri barəsində hökm elan edilib. Əldə etdiyimiz məlumata görə, gənclər aşağıdakı müddətlərə azadlıqdan məhrum ediliblər:

Şahin Novruzlu 6 il
Məhəmməd Əzizov 7 il 6 ay
Bəxtiyar Quliyev 7 il
Rəşadət Axundov 8 il
Rəşad Həsənov 7 il 6 ay
Zaur Qurbanlı 8 il
İlkin Rüstəmzadə 8 il
Üzeyir Məmmədli 7 il

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam