Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gənc siyasi məhbusa hökm oxundu

 

   

 

            Əsabəli Mustafayev: “Hökmü alan kimi apellyasiya şikayəti verəcəyik”

 

   "Xeberinfo.com": Oktyabrın 15-də Binəqədi Rayon Məhkəməsində gənc siyasi məhbus Orxan Əyyubzadənin məhkəmə prosesi keçirilib. Prosesdə gənc fəalın yaxınları və dostları iştirak ediblər. Məhkəmənin hökmü ilə gənc fəal 2 il müddətinə azadlıqdan məhrum edilib.
     Bu barədə musavat.com-a Orxan Əyyubzadənin vəkili Əsabəli Mustafayev məlumat verib: “Məhkəmə prosesində vəkilin çıxışı oldu. Ardınca Orxan Əyyubzadə son sözünü dedi. Məhkəmə müşavirə otağına yollandı. Daha sonra hökm oxundu. Hökmə görə, Orxan təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrum edildi. Hökmü alan kimi apellyasiya şikayəti verəcəyik. Avropa Məhkəməsinə qədər işi aparacağıq”.
   Qeyd edək ki, Orxan Əyyubzadə bu il mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə həbs edilərək, 20 sutka inzibati həbs cəzası alıb. 
    Lakin  mayın 26-da cəza müddəti bitən gənc fəal azadlığa buraxılmamışdı. O, Binəqədi Rayon Məhkəməsinə aparılaraq, barəsində 315.1 maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işi açılmışdı. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam