Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan bu tarixə təkcə şahidlik etmədi”

“Xalqımız tarixi günlər yaşayır. Siz bu tarixə təkcə şahidlik etmədiniz, bizə dəstək oldunuz. Ən başlıcası odur ki, Azərbaycanı yanımızda hiss etdik. Buna görə təşəkkür edirəm”.

Xeberinfo.com:   APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq ölkəsində baş verən son hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Baş konsul 15 iyul dövlət çevrilişinə cəhdin xalq, hüquq-mühafizə orqanları və ordunun gücü sayəsində qarşısının alındığı qeyd edib: “Dövlət çevrilişi cəhdi hazırlıq dövrü keçib, vaxtaşırı təxribatlar törədilib, ölkənin siyasi sabitliyini və iqtisadiyyatını şübhə altına almaq cəhdləri edilib. Bəzi sadəlövh adamlar buna inansa da, xalqın milli iradəsi qələbə qazandı, demokratiya naminə iqtidarlı-müxalifətli həmrəylik nümayiş etdirildi”.
O. İşıq bütün hadisələrdə olduğu kimi FETÖ ilə mübarizədə də Azərbaycanın Türkiyəyə dəstək verdiyini xüsusi vurğulayıb. Türkiyəli diplomat iyul hadisələri zamanı xalqın vahid milli iradə nümayiş etdirməsinin bölgə ölkələri üçün bir örnək olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam