Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəkidə məhkəmə başladı - hökm günü

 

 

      Məlum olduğu kimi, bu gün Şəki rayon Məhkəməsində "İsmayıllı işi" üzrə təqsirləndirilən şəxslərin, o cümlədən Müsavat başqanının müavini Tofiq Yaqublunun və "ReAl" hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi keçirilir. Ötən dəfəki məhkəmədə müttəhimlər son söz söyləyiblər. Bu gün isə onlara hökm oxunmalıdır.

 

     "xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, artıq məhkəmə binası təqsirləndirilən şəxslərin qohum-əqrəbası, yaxınları ilə dolub. Məhkəmə inzibatçıları bir çox insanlara içəridə yer olmadığını deyərək onları salona buraxmayıblar. Məhkəmənin işini işıqlandırmaq istəyən jurnalistlər də salona buraxılmayıb. 
     Məlumata görə, Tofiq Yaqublunun və digərlərinin məhkəməsində iştirak etmək üçün Bakıdan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, sabiq deputat İkram İsrafil, eləcə də bir qrup partiya funksioneri iştirak edirlər.
       Qeyd edək ki, beynəlxalq ictimaiyyət Tofiq Yaqublu və İlqar Məmmədovu vicdan məhbusu sayır, onların siyasi motivlərlə təqib olunmasının yolverilməz olduğunu bildirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam