Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ən böyük problem Azərbaycan və Ermənistan arasındadır”

Polşanın XİN rəhbəri: “Ən böyük problem Azərbaycan və Ermənistan arasındadır”

 

“Bu ölkələr arasında illərdir dondurulmuş münaqişə yenidən əvvəlki vəziyyətinə qayıdıb”

Xeberinfo.com:   Polşanın xarici işlər naziri Vitold Vaşikovski iyunun 2-də Varşavada Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşəcək.
 RİA “Novosti”yə istinadən xəbərə görə, Vaşikovski görüş zamanı Aİ-nin “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə münasibətləri, cənubdan gələn təhlükələr və onların qarşısının alınması, Böyük Britaniyanın Aİ-dən çıxmasına dair referendum və bir sıra digər məsələləri müzakirə etməyi planlaşdırır.
“İyunun 2-si Varşavada xanım Moqerini ilə hazırda yol ayrıcında qalan “Şərq Tərəfdaşlığı” ilə bağlı vəziyyəti müzakirə edəcəyik. Onun altı iştirakçısının hər biri Avropa İttifaqı ilə olduqca müxtəlif əməkdaşlıq vəziyyələrindədirlər. Onlardan üçü assosiasiya haqqında saziş imzalayıb, Belarus sazişsiz əməkdaşlığa hazırdır. Ən böyük problem Ermənistan və Azərbaycan arasındadır, çünki bu ölkələr arasında illərdir dondurulmuş münaqişə yenidən əvvəlki vəziyyətinə qayıdıb”, – deyə Vaşikovski bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam