Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya boş oturmayacaq"

Bizi Şərq tərəfdaşlığının əvvəlki kimi ərazilərin zəbt edilməsi və bu ərazilərdə Rusiyanın nüfuzunun azaldılmasına yönəlmiş geosiyasi layihə kimi istifadə edilməyəcəyinə inandırmağa çalışırlar. Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”.

Xeberinfo.com:   Rusiya XİN-in saytı xəbər verir ki, bu barədə Rusiyanın XARİCİ İŞLƏR NAZİRİ Sergey Lavrov İsveçin “Daqens Nüheter” qəzetinə verdiyi müsahibəsində bildirib.

Şərq tərəfdaşlığının İsveç və Polşanın təşəbbüsü ilə yaradıldığını deyən S.Lavrov bildirib ki, bu proqram iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından düzgün təşəbbüsdür.

“Bizi əməkdaşlığa dəvət edərkən hansı şərtlərlə olduğunu soruşmuşduq. Aldığımız cavab, əlbəttə, nəzakətli idi. Lakin mahiyyəti ondan ibarət idi ki, şərtləri Brüssel müəyyənləşdirəcək.

Başqa formada əməkdaşlıq təklif etdik. Ayrı-ayrı ölkələr üzrə xüsusi layihələr ayırmalı və üçlükdə - Avropa İttifaqı, Rusiya və ev sahibi ilə birlikdə bu layihəni həyata keçirib-keçirə bilməməyimizi müəyyənləşdirməli idik. Əslində isə heç nə dəyişməyib”, - Lavrov deyib və əlavə edib ki, Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”.

“Bu mənada “həmişəki kimi” biznes olmayacaq. Rusiya Avropa İttifaqı ilə bu mənada bərabərhüquqlu tərəf kimi ultimatumsuz, heç bir məcburiyyət olmadan dialoqa hazırdır. Biz buna yalnız şad olarıq, çünki bu tarixi məqam uzun sürməyəcək, belə ki, biz bir yerdə yaşamağa məcburuq”, - S.Lavrov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam