Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ABŞ siyasətçisindən Konqresə çağırış: “Ermənistanı Qarabağı qaytarmağa məcbur edin”

“ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində təcili və qətiyyətli təsirlərlə Azərbaycana dəstək verməlidir”.

Xeberinfo.com:    Məlumata görə, bu barədə Beynəlxalq Kommunikasiyalar Mərkəzinin direktoru, “Yerusəlim Poçt” nəşrinin sabiq baş redaktoru Maayan Yaffe-Hoffman “The Washington Times” nəşrində dərc olunan məqaləsində yazıb.


Müəllif yazır ki, ABŞ konqresi Azərbaycan və Ermənistan arasında atəşkəsin möhkəm olmadığını anlamalıdır: “Buna görə də iki ölkənin arasında tam barışığın əldə olunması üçün tədbir görməlidir. Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir. Bu torpaqların işğalı nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymamaqda davam edir. ABŞ bu məsələdə heç nə etməyərək, öz müttəfiqi Azərbaycana qarşı laqeydlik edir”

Onun sözlərinə görə, hazırki atəşkəs bir neçə ay davam edə bilər: “Lakin mövcud status-kvonun saxlanılması müharibənin hər an püskürə biləcəyi deməkdir”.

Hoffman Azərbaycanın ABŞ və Avropa üçün əhəmiyyətindən də bəhs edib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün vacib olan 45 milyard dollar dəyərindəki Cənub Qaz Dəhlizi layihəsində ən əhəmiyyətli oyunçudur. Erməni komandirləri bir neçə dəfə Azərbaycanın neft-qaz infrastrukturunu vurmaqla hədələyiblər. Sonuncu döyüşlər də məhz boru kəmərlərinə yaxın ərazidə aparılırdı. Əgər boru kəməri hücuma məruz qalsaydı, bu işin kəskin ləngiməsinə səbəb olacaqdı. Halbuki, bu layihəyə Avropanın 7 ölkəsi və 11 şirkəti sərmayə qoyur. Bundan başqa, belə bir hadisə Avropanın enerji təhlükəsizliyini təhlükə altına qoya bilər”.

Müəllif əlavə edir ki, Qarabağda mövcud status-kvo Moskvanın regiona təsir imkanlarını artırır.

“Bir çox ekspert hesab edir ki, Moskva öz vassalı olan  Ermənistana Azərbaycana qarşı hücuma keçmək göstərişi verdiyi üçün döyüşlər başlayıb. Hansı ki, prezident İlham Əliyev həmin vaxt Vaşinqtonda idi. Bu gün Moskva tamamilə İrəvanın sahibidir”, - deyə o bildirib.

Hoffman ABŞ Konqresinə müraciət edərək yazıb ki, Vaşinqtonun Rusiyanı qabaqlaması və regionda ədaləti bərpa etməsinin vaxtıdır: “Ermənistanı işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarmağa və Azərbaycan qaçqınlarının öz evlərinə qayıtmasına icazə verməyə məcbur etmək lazımdır. Münaqişənin sülhlə nizama salınması üçün Minsk prosesini yenidən başlamaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam