Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadirdir"

"ABŞ regionda və daha geniş coğrafiyada sabitliyi və rifahı daha da gücləndirmək üçün "Asiyanın qəlbi" prosesi çərçivəsində birgə işləməyə həmişə sadiqdir".

Yenixeber.org: Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Azərbaycanın "Asiyanın qəlbi" prosesindəki önəmli rolunu alqışlayan səfir bildirib ki, ABŞ Azərbaycanın Əfqanıstanda sülhün bərpası üçün fəaliyyətini dəstəkləyir: "ABŞ və Azərbaycanın əməkdaşlıq etdiyi sahələrdən biri də təhlükəsizlik və əmin-amanlığın təminatıdır. Əfqanıstanla bağlı da ABŞ və Azərbaycan bir sıra işlər görüb. Azərbaycan göstərir ki, həm Əfqanıstanda, həm də regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadirdir".

Səfir qeyd edib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır və bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam