Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SOCAR-dakı nurçular vəzifədən qovulacaq

 

 

“Azərbaycan hakimiyyəti yaxın müddətdə SOCAR-dakı Gülən şəbəkəsinə bağlı insanları rəhbər vəzifələrdən uzaqlaşdıracaq”

 

"xeberinfo.com": Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
 
O, Ərdoğanın “Gülən hərəkatı”nı sonuna qədər təqib edəcəyini bildirib: “Ərdoğan “Balkon çıxışı”nda bir daha vurğuladı ki, “Gülən hərəkatı”nı bitirməyə çalışacaq. Yenə təkrar edirəm, “Gülən hərəkatı” ona indiki müxalifətdən və vaxtilə onu devirməyə çalışan generallardan daha təhlükəlidir. Dövlət içində dövlət qurublar. Dövlət sirlərini xaricə ötürüblər. Ərdoğan müxalifətlə münasibətləri normallaşdırmağa çalışacaq, amma “Gülən hərəkatı”ndan əl çəkməyəcək. Onu boş buraxsa, bilir ki, radikal nurçular sonunu yaxınlaşdıracaq. Əslində, seçki “Gülən hərəkatı” haqqında nağıla da son qoydu. Guya “Gülən hərəkatı”nın başqalarına dəstəyi Ərdoğan hakimiyyətini bitirə bilərdi. Amma son seçki bunun əksini göstərdi”.
 
Politoloq Azərbaycan nurçu şəbəkəsinə qarşı yaxın müddət ərzində tədbirlər görüləcəyini qeyd edib:
 
“Ərdoğan yenidən Azərbaycandan rica edəcək ki, “Gülən hərəkatı”nın ən böyük şəbəkəsi nəzarətə götürülsün. Bu haqda açıq-aşkar deyirdi ki, onların Azərbaycanda kirli, qara planları var. Təsadüfü deyil ki, Azərbaycan dövlət başçısı Türkiyədəki seçkidən 10 gün əvvəl şəbəkənin əsas simalarından biri olan Elnur Aslanovu istefaya göndərdi. Düşünürəm ki, Türkiyədəki seçkidən sonra Azərbaycanda bu şəbəkəyə qarşı tədbirlər görüləcək. Bilirsiniz, Azərbaycanda Qafqaz Universitetini bitirən hər kəsi nurçu adlandırmaq doğru deyil. Onların içində savadlılar da var ki, Azərbaycana xidmət edirlər. Amma yenə deyirəm, aralarında şəbəkəyə qoşulanlar da var və onlar dövlətin içinə girməyə çalışırlar. Bunlar dövlət idarəetməsindən uzaqlaşmalıdır”.
 
E.Şahinoğlu hakimiyyətin SOCAR-da islahatlar apara biləcəyini söyləyib:
 
“Nurçu şəbəkəsi içərisində bəzən Dövlət Neft Şirkətinin adını da çəkirlər. Səbəb də ondan ibarətdir ki, şəbəkənin təhsil sektoruna kuratorluq ARDNŞ-yə verilib və indiki məqamda gözlərin SOCAR-a tikilməsi normaldır. Haqlı-haqsız olmasından asılı olmayaraq, hamı ordan nəsə gözləyir. Amma aldığım məlumata görə, doğrudan da orada müəyyən simalar nurçu şəbəkəsinə yaxındır. Ərdoğan Azərbaycan hakimiyyəti qarşısında Dövlət Neft Şirkəti ilə bağlı ricasını dilə gətiribsə, deməli, bununla da bağlı addımlar atılacaq. SOCAR vasitəsilə Azərbaycan Türkiyəyə 5 milyarddan çox yatırım qoyub. İnvestisiyalar təhlükə altında qalmasın deyə, həmçinin bu şəbəkəni dövlət içindən təmizləmək üçün, məncə, Azərbaycan hakimiyyəti yaxın müddətdə SOCAR-dakı Gülən şəbəkəsinə bağlı insanları rəhbər vəzifələrdən uzaqlaşdıracaq”.
 
O, SOCAR-da nurçularla bağlı şübhələrə tam aydınlıq gətirilməsə, şübhələrin aradan qalxmayacağını deyib:
 
“O da aydınlaşmalıdır ki, Qafqaz Universiteti niyə məhz SOCAR-ın nəzarətinə keçdi? Qafqaz Universitetinin SOCAR-a nə aidiyyəti var? Bu aydınlaşmasa, şübhələr bir az da artacaq”.
 
Politoloq nurçu şəbəkəsinin ölkədə fəaliyyət göstərməsinə yalnız partiya yaradılacağı təqdirdə razılıq verilməsinin doğru olduğunu bildirib:
 
“Tükiyəyə nəzər yetirin. Bunlar təhlükəsizlik iclaslarını da dinləyə bilirlər. Ərdoğanın əsas istəyi nədir? Deyir ki, gəl buraya, partiya yarat və fəaliyyət göstər. Həqiqətən elədir. Çünki onlar əslində elə siyasi partiya kimi fəaliyyət göstərirlər. Mediası, şirkətləri və sairə var. Hazırkı fəaliyyətləri isə mason lojalarına bənzəyir. Mən eyni çağırışı Azərbaycan nurçuları üçün də etmişdim. O zaman Prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasında üzünü nazirlərə tutub demişdi ki, kimin istəyi varsa, getsin, öz partiyasını yaratsın. Nurçulara da eyni sözü demək lazımdır ki, gizli fəaliyyətdən çıxıb partiya qursunlar. Amma onlar bunu bacarmayacaqlar. Çünki bunlar öyrəşiblər ki, girsinlər dövlətin içinə və dövlətin pulundan öz məqsədləri üçün istifadə etsinlər. Partiya işi çox ağır şeydir. Əgər girə bilirlərsə bu ağır işin altına, girsinlər. Əgər mümkün deyilsə, onların şəbəkələşməsini buradan uzaqlaşdırmaq lazımdır”.
 
Qeyd edək ki, ölkə mediasında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın SOCAR-da təmizləmə işləri aparması xahişi ilə Azərbaycan hakimiyyətinə müraciət etməsi barədə informasiyalar yayılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam