Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Hakimiyyət daxilində “Gülən kompromatı”

Rəqiblər bir-birlərini Fətullah Gülənə bağlılıqla «vururlar»?

Xeberinfo.com:   “Bir gün ”Avrasiya dialoq” jurnalı mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı “Gülüstan” sarayında tədbir keçirirdi. Orada bizə bir jurnal payladılar. Jurnalda cəmisi iki material Heydər Əliyevə həsr edilmişdi. Qalanı isə Fətullah Gülən və nurçuluq ideologiyasının mahiyyəti ilə bağlı idi”.

Bu sözləri iki il əvvəl deputat Qüdrət Həsənquliyev virtualaz.org saytına açıqlamasında demişdi.

Məlumat üçün deyək ki, “Dialoq Avrasiya” jurnalı Dialoq Avrasiya Platforması beynəlxalq ictimai təşkilatın dərgisidir. Qüdrət Həsənquliyevin həmkarı Nizami Cəfərov isə bu təşkilatın Azərbaycan Milli Komitəsinin sədridir.

Həmin vaxt “Azadlıq” bu məsələni araşdırmaq üçün Nizami Cəfərova zəng vurmuşdu. Lakin deputat “Azadlıq” adını eşidən kimi telefonu qapatmışdı.

Qüdrət Həsənquliyev bu məsələni yenidən gündəmə gətirib. O, moderator.az saytına həmin hadisəni xatırladaraq əlavə edib ki, tənqidlərinə baxmayaraq onu Pensilvaniyaya dəvət ediblər. “Təsəvvür edin ki, o şəbəkəni kəskin tənqid etsəm də mən həmin o qrup tərəfindən vaxtilə Pensilvaniyaya dəvət də olunmuşdum, amma mədəni formada bu dəvətdən imtina etdim. Amma Pensilvaniyaya gedənlər də, müxtəlif tədbirlərdə iştirak edənlər oldu”, – deyə o bildirib.

Məlumat üçün deyək ki, “Gülən hərəkatı”nın rəhbəri Fətullah Gülən Pensilvaniyada yaşayır.

Bəzi ekspertlər hesab edir ki, deputatın bu məsələni növbəti dəfə gündəmə gətirməsi hökumət daxilində “Gülən faktorundan” bir-birlərinə qarşı kompromat kimi istifadə edilməsinə başlanılması ilə bağlı ola bilər. “Hazırda Türkiyədə ”Gülən hərəkatı”na qarşı əməliyyatlar keçirilir. Rəsmi Ankara Azərbaycan hakimiyyətindən ölkəmizdəki gülənçiləri də zərərsizləşdirməyi tələb edir. Azərbaycan da “gülənçilər”ə qarşı əməliyyatların keçiriləcəyi gözlənilir. Belə bir vəziyyətdə hökumətdaxili qruplar bir-birlərini bu kartla vurmağa çalışmaları mümkündür”, – deyə ekspertlər bildirir.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam