Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları hazırdır"

 

“Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir”.

"Xeberinfo.com":  Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə bu dəyişiklik təsdiq olunub:

“Növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq. Bu qaydalar hazırdır və yaxın zamanlarda təsdiq olunacaq. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək”.

Ə. Əhmədov vurğulayıb ki, bu texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir: “Amma, məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. Çünki, insanlarımız nə dərmanların keyfiyyətinin aşağı olmasından nə də qiymətinin yüksək olmasından əziyyət çəkməsinlər. Güman edirəm ki, qaydalar hazırlanıb, həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam