Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Sanksiya qarşı tərəfə adekvat cavabdır"

Əli Əhmədov:

 

 

"Azərbaycanın Amerika Birləşmiş Ştatlarına sanksiya tətbiq etməsi bizim istəyimiz deyil".
Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatlarında bəzi dairələrin antiazərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır: “Biz Amerika ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Amerika ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq edir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bəzi dairələr, bəzi vəzifəli insanlar var ki, Azərbaycanla Amerika münasibətlərinin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana, Azərbaycanın bəzi vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb təqdim ediblər. Bilmirəm, ABŞ Konqresi bu layihəyə necə mövqe sərgiləyəcək, amma belə bir təşəbbüsün ortaya atılması faktdır. Təbiidir ki, Azərbaycan vətəndaşları, o cümlədən, Milli Məclis üzvləri bu antiazərbaycan mövqeyə qarşı öz fikirlərini səsləndirirlər. Bu fikirlərin müəyyən hissəsi də Amerika Birləşmiş Ştatlarına qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Güman edirəm ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən antiazərbaycan mövqeyi aradan qaldırılacaq. Ən azından biz bunu arzu edirik. Əgər belə bir təşəbbüs olmasa, antiazərbaycan mövqeyi açıq şəkildə özünü göstərməsə, güman edirəm ki, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına ehtiyac qalmayacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam