Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Akif Nağıdan deputata sərt sözlər

 

 

Akif Nağıdan deputata sərt sözlər
Millət vəkili Araz Əlizadənin Azərbaycanın dövlət atributu olan himnimizi təhqir etməsindən sonra, onun bu fikirləriylə razılaşmayan siyasətçiləri də təhqir edib. 
Xeberinfo.com:  Təhqirə məruz qalan siyasətçilər arasında QAT-ın sədri Akif Nağı da yer tutur. Akif  Nağı Araz Əlizadənin himnimiz və  onun haqqında söylədikləri ilə bağlı Avropa.info-ya açıqlama verib.
O, Araz Əlizadə haqqında bunları deyib:
“O ...(ağır söz) biridir, o ... (təhqirmaiz ifadə)  bir adamdır. Himnlə bağlı onun dedikləri də öz səviyyəsinə uyğundur. Hətta belə deyərdim dırnaq arası səviyyəsinə uyğun olan fikirlərdir onun söylədikləri. O getsin öz işi ilə məşğul olsun. Nəinki himnimizə, heç bir dövlət atributumuza qarışmasın. Araz Əlizadə yarımçıq, başıxarab, parabeyn bir adamdır”.
Akif Nağı bundan başqa A. Əlizadənin onun haqqında dediyi təhqirlərə də münasibət bildirib.
 “O biri tərəfdən də eşitdim ki o mənim və başqaları haqqında nə isə nalayiq ifadələr işlədib. Belə ... bir adamın fikrinə nə şərh bildirim axı?! Nə deyirsə elə bilin ki, güzgüyə baxıb deyir, özünə deyir!”
Qeyd edək ki, Araz Əlizadə bir neçə gün öncə Azərbaycanın dövlət himni haqda “Nə musiqisi himninimzə yaraşır, nə də sözləri” fikrini səsləndirmiş və onun bu fikri ictimai qınağa səbəb olmuşdu. Daha sonra isə o məsələ ilə bağlı onu tənqid edənlərə qarşı da təhqiramiz ifadələr işlətmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam