Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Bu Moskvaya verilən birinci nota deyil​”

336389ad-e26f-4383-9970-31e3113f9aef_292

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın bu yaxınlarda Rusiyaya verdiyi notanın mahiyyətinə aydınlıq gətirib.
Xeberinfo.com:   Məlumata görə, bunu o, “Kommersant” qəzetinə müsahibəsində bildirib.
“Bu eyni qəbildən olan birinci nota deyildi. Rusiya bir tərəfdən ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir, digər tərəfdən biz başa düşürük ki, hər bir dövlətin lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var. Notanın mahiyyəti ondan ibarət idi ki, Rusiya Ermənistana silah satarkən, bu silahların Azərbaycanın işğal olunmuş ərazilərinə düşməməsini nəzərə almalıdır. Belə tədarüklərdə son istifadəçi hüququ mövcuddur. Əgər son istifadəçi Ermənistan olsaydı, o zaman məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsində kənara çıxmazdı. Nə zaman ki, silah Azərbaycanın işğal olunmuş ərazilərinə düşürsə, bu artıq başqa məsələdir”, – deyə Nazir bildirib.
XİN rəhbəri jurnalistin “istənilən halda bu silahların Dağlıq Qarabağ ərazisinə düşəcək” sözlərinə cavab olaraq bildirib ki, notanın mahiyyəti də məhz bunda olub.
“Notanın mahiyyəti də məhz bunda idi. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır, Rusiya silahları işğal olunmuş ərazilərdə olduğu zaman tamamilə məntiqsiz bir vəziyyət yaranır. Rusiya XİN-də Moskvanın sonrakı bəyanatlarında olduğu kimi, tərəfimizdən verilən sənədin tonunu düzgün qəbul etdilər”, – deyə nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam