Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycandan Rusiyaya NOTA

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən bildirib ki, həmin universitetin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib.
"Xeberinfo.com":  Məlumata görə, XİN rəsmisi bildirib ki, Azərbaycanın Yekaterinburqdakı baş Konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayətinin qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviçlə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib. H.Hacıyev qeyd edib ki, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb:
“Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç Azərbaycanın Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam