Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirildi

 

Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) qərargahında “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib.

Xeberinfo.com:  Toplantıda iqtidarın siyasi məhbuslarla bağlı qəbul etdiyi qərarı müsbət qiymətləndirilib.İştirakçılar bu qərarın xarici amillərin təsiri altında baş verdiyindən təəssüfləndiklərini bildiriblər.Belə halların daxili siyasi proseslərin nəticəsi kimi ərsəyə gəlmədiyi,ölkədə siyasi mühütin vəziyyətindən xəbər verdiyi vurğulanıb.SƏM hakimiyyəti həbsdə qalan siyası məhbusların da dərhal azad edilməsinə çağırıb.

SƏM ANS telekanalında Prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “siyasi dialoqa ehtiyac yoxdur” mövqeyini dəyəndirilib.Mərkəzə daxil olan partiyalar 2014-cü ilin ikinci yarısından təşəbbüsləri ilə başladılmış iqtidar müxalifət müzakirələrinə qarşı tərəfin rəsmi təmsilcisi olaraq qatılmış şəxsin belə mövqe bildirməsini iqtidarın kontr produktivliyi ilə irad edib.Bu açıqlamadan məlum olur ki,2014-15 ci ildə baş tutmuş 3 görüşün  Avropa oyunlarına hesablanması ilə bağlı verilən açıqlamaların düz olduğu təəssüratı formalaşa yaranan qənaət və Həsənovun açıqlaması ölkə hakimiyyətinin siyasi münasibətlərin normallaşmasında maraqlı olmadığını təsdiq edir.

Mərkəzə daxil olan partiyalar sabah,martın 31-də Soyqırım ğünü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarətə hazırlığın vəziyyəti müzakirə edilib.Anti böhran koalisiyası Şəhidlər  Xiyabanında 31 mart saat 14:00-da ziyarət edəcəkdir.

Toplantıda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Aydınlar Partiyası, Azadlıq Partiyası və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrləri iştrak edib.

 

ALDP Mətbuat Xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam