Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“O, LEGİTİM PREZİDENT DEYİL”

ilyas_ismayilov_0209_2187

“Atası öləndə ölkə konstitusiyası onun prezident seçilməsinə imkan vermirdi. Məcburən, konstitusiyanı dəyişdirib bu adamı, qanuna zidd olaraq, prezident seçdilər”.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriya mətbuatına verdiyi müsahibəsini şərh edərkən deyib.

Xatırladaq ki, Araz Əzimov həmin müsahibəsində bildirmişdi ki, Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır:“Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”.

Nazir müavininin fikirləriylə razılaşmayan İlyas İsmayılov açıqlamasında qeyd edib ki, Bəşər Əsədi Suriyanın legitim prezidenti saymaq mümkün deyil: “O, sadəcə bir diş həkimidir, ölkə konstitusiyasına görə, prezident seçilməsi üçün yaşı çatmırdı. Qanunun müvafiq tələbləri zorla dəyişdirilərək və seçkilər saxtalaşdırılaraq prezident elan olundu”.

Artıq 5 ildir ki, Suriya xalqının bu qeyri-qanuni vəzifə qəsbinə qarşı ölüm-dirim mübarizəsinə girdiyini deyən partiya sədrinin fikrincə, bu hakimiyyət mübarizəsində ölkənin 100 minlərlə insanı öldürülüb, milyonlarla suriyalı qaçqın düşüb: “Ölkənin böyük qismi onun nəzarətindən çıxıb. Suriyadakı dramın nə zaman bitəcəyi isə məlum deyil. Bəşər Əsəd faktiki olaraq Rusiyanın hərbi müdaxiləsilə öz taxtını qoruyur. Bunun harası legitimlikdir? Rusiya olmasaydı, Bəşər Əsəd Araz Əzimovun hüquqi institut saydığı ordusunun hesabına belə hakimiyyətdə qala bilməyəcəkdi”. (Moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam