Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycan müharibəyə başlasa Rusiya qarışa bilməz”

Azərbaycan Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi ideyasını dəstəkləyir. 

Xeberinfo.com:  Məlumata görə, bu fikri ANS TV-nin “Hesabat” verilişində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.

“Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi, məhz iclasların tam heyətdə keçirilməsi ilə beynəlxalq cəmiyyətin Ermənistana təzyiqinin artırılması üçün daha bir vasitə qazanmış oluruq”, - deyə Araz Əzimov vurğulayıb. 

Azərbaycan xarici işlər nazirinin müavinin fikrincə, Minsk qrupunun indiki formatında Ermənistan özünü daha rahat hiss edir: “Bütövlükdə benəlxalq ictimaiyyətə münaqişə haqqında daha az informasiya gedir, Ermənistana daha az təzyiq olur. Buna görə də bu şərait bizi qane etmir”.

Araz Əzimovun sözlərinə görə, Minsk qrupu çərçivəsində üç ölkə adından aparılan bu danışıqlar daha çox həmsədr ölkələrin məramlarına xidmət edir: "Hansısa mərhələdə Rusiya ilə ABŞ arasında münasibətlər korlananda və ya gərginləşəndə biz bunu Minsk prosesi çərçivəsində hiss edirik".

Onun fikrincə, Minsk qrupunda Türkiyə, Almaniya və İsveçin fəaliyyətinin bərpa edilməsi daha təsirli olardı. 

Araz Əzimov Rusiyanın Ermənistana silah yardımı etməsindən danışarkən Ermənistanla Rusiyanın hərbi-siyasi alyansının heç kimi təccübləndirmədiyini, iki ölkə arasında uzun müddətli müqavilənin olduğunu və bu müqavilə əsasında Rusiyanın Ermənistan ərazisində qoşun saxladığını, yeni-yeni silahlar gətirdiyini və öz nəzarəti altında saxladığını diqqətə çatdırdı.

Nazir müavini Rusiyanın Ermənistanın hava müdafiəsini təmin etdiyini və bu ölkənin sərhədlərinə nəzarət etdiyini önə çəkərək bildirdi ki, “Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyaya mənsubdur”.

Onun sözlərinə görə, Rusiya Ermənistanı həm öz ərazisində, həm də Ermənistan ərazisində dəstəkləyir: "Lakin müharibə başlasa, Azərbaycan öz ərazisində müharibə aparacaq. Azərbaycan öz ərazisində özünü haqlı olaraq müdafiə edəcək və öz ərazi bütövlüyünü müdafiə etmək üçün addımlar atacaq. Belə olan halda hüquqi baxımdan Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam