Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Yeni rəis daha iki nəfəri "vurdu"

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb. 

 

     “xeberinfo.com”: Əldə etdiyimiz məlumata görə, metropolitenin baş mühasibi Larisa Xalafli tutduğu vəzifədən çıxarılıb. O, 1988-ci ildən bu vəzifədə çalışırmış.

QSC sədrinin başqa bir əmri ilə Metropolitenin hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi Vidadi Tağıyev də vəzifəsindən azad edilib. V.Tağıyev  isə 1999-cu ildən indiyədək şöbə rəisi vəzifəsini tuturdu. Rəis postundan azad edilən V.Tağıyev yanğınsöndürən vəzifəsinə keçirilib.

"Bakı Metropoliteni” QSC-inin verdiyi açıqlamada hər iki faktı təsdiqlənib. Bildirilib ki, sədr Zaur Hüseynovun əmrinə müvafiq olaraq, baş mühasibin səlahiyyətlərinin icrası baş mühasibin müavini Həyat Gülmətovaya həvalə olunub.  

Digrə əmrlə Rafiq Hüseynqulu oğlu Müvəffəq metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

"Bakı Metropoliteni”QSC-dən onu da bildiriblər ki, sədr Zaur Hüseynov qurumun rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə müşavirə keçirib. Müşavirədə xidmət rəislərinin hesabatlarını dinləyən sədr nöqsanları müzakirə etdikdən sonra müvafiq tapşırıqlar verib.

Tapşırıqlardan biri də metropoliten işçiləri üçün “Bilgəh” istirahət sahəsinin növbəti mövsümə hazırlığı ilə bağlı olub. Z.hüseynov oradakı bütün köhnə binaların və avadanlıqların yenilərilə əvəz olunmasının zəruriliyini vurğulayıb.

Xatırladaq ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda bir sıra dəyişiklik edilib, keçidlərdə və stansiyalardakı ticarət ləğv edilib, reklamlar yığışdırılıb

Yeri gəlmişkən, "Bakı Metropoliteni” QSC-nin nizamnaməsinin və strukturunun layihəsi də bu günlərdə Nazirlər Kabinetinə təqdim olunub. Yeni layihə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hazırlanıb.

Nizamnamə və strukturu layihəsi təsdiqlənəndən sonra "Bakı Metropoliteni”QSC-nin sədr müavinləri də təyin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam