Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycan MDB-dən çıxmalıdır”

 

 

 

      ADP-nin və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” bloku Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması üçün hakimiyyətə çağırış edib. 
 
     "xeberinfo.com": Məlumata görə, sözügedən  blok bu barədə bəyanat yayıb. Bəyanatda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi pislənib və buna görə  Azərbaycanın MDB-dən çıxması məsələsi qaldırılıb. 
     Bəyanatda bildirilir: “Ukrayna ərazisinə olunan hərbi müdaxilə eyni zamanda sadə ukraynalılara demokratik yolla öz siyasi hakimiyyətlərinin formalaşdırmağa mane olmaq məqsədi daşıyır. Həmçinin  Rusiyanın bu hərəkəti  MDB və Kollektiv Təhlükəsizlik Nizamnaməsinin pozulmasıdır. Rusiya bütün hallarda nəinki Ukraynanın, eyni zamanda digər postsovet ölkələrinin demokratikləşməsində  və Avropaya inteqrasiyasında ciddi maneədir.   
     MDB deyilən məkanda tərəflərin hüquqi bərabərliyi, bir-birinə qarşılıqlı hörmət anlayışı yoxdur. Rusiyanın maraqları var və bu maraqlar çox zaman digər dövlətlərin maraqlarını üstələyir, əzib  keçir, hətta ölkələrin ərazi bütövlüyünə müdaxilə edir. Ukraynada baş verənlər bunun bariz nümunəsidir. MDB yaranandan bu günə qədər faktiki olaraq  heç bir ölkənin hüquqları MDB çərçivəsində qorunmayıb. Rusiya Ukraynanın, eləcə də digər postsovet ölkələrində  xalqların seçiminə hörmət etmədiyinə, hazırda hadisələrin Ukraynada cərəyan etdiyinə və faktiki olaraq MDB-yə sədrlik bu ölkədə olduğuna görə, Ukraynanı MDB-dən çıxmaqla bağlı ilk addımı atmağa çağırırıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam