Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Zatulin:SSRİ-nin süqutundan udan tək ölkə Azərbaycandır

SSRİ-nin süqutundan udan yeganə ölkə Azərbaycan oldu.

Yenixeber.org: Bunu “Pravda” qəzetinə müsahibəsində Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitənin sədr müavini Konstantin Zatulin söyləyib.

“Rusiya SSRİ-nin çöküşündən siyasi və iqtisadi baxımdan uduzdu. Burada ayrı-ayrı rəqəmləri müqayisə etmək lazımdır. SSRİ-nin çöküşündən udan yeganə ölkə Azərbaycan oldu. Azərbaycan yeganə ölkə oldu ki, 1990-cı ilin rəsmi iqtisadi səviyyəsini keçə bildi. Təbii ki, bu, qaz və neft hasilatı hesabına oldu. Bu cür yastıqdan məhrum olan digər ölkələrin inkişafı çox zəiflədi. Hər baxımdan çiçəklənən ölkə olan Ukrayna ümumi daxili məhsulunun yarısını güclə ortaya çıxara bilir”, – deyə o bildirib.

Onun sözlərinə görə, MDB heç cür SSRİ-nin alternativi hesab edilməməlidir:

“Bu gün keçmişə qayıdıb, SSRİ-yə bənzər dövlət yaratmaq az inandırıcıdır. Biz iqtisadi ittifaqların yaradılması və inkişafı yolunu tutmuşuq.

MDB SSRİ-nin alternativi deyil. Bununla bağlı təbliğat MDB yaranandan bəri var. MDB SSRİ ola bilməz. Bu təbliğatın yayılmasında əsas məsələ bir zamanlar SSRİ-nin saxlanılmasına səs vermiş əhalinin sakitləşdirilməsi idi. Onların gözünə kül üfürüb, “biz heç nəyi dağıtmırıq, biz SSRİ-ni dağıtmırıq, MDB yaradırıq” demək lazım idi. Bu təbliğata çoxları düşdü”.

Zatulin Rusiyanın SSRİ-dən fərqləndiyini, amma milli maraqlar məsələsininin sovet dövründən bu yana dəyişmədiyini deyib:

“Rusiyanın dünyada böyük güc olması üçün əsası var. Rusiya SSRİ-nin dağılmasından sonra özünün yeni və ya redaktə edilmiş milli maraqlarından çıxış edərək, Avrasiya və ya postsovet məkanda öz təsirini bərpa etməyə çalışır. Bu məsələdə Rusiyanın yürütdüyü siyasət SSRİ ilə müəyyən qədər üst-üstə düşə bilər. Bununla belə Rusiya əslində öz iqtisadi sistemini başqa əsaslar üzərində qurur. Rusiyanın özünün müasir maraqları məsələsinə gəlincə isə, bəli, onlar müəyyən qədər SSRİ ilə oxşardır”.

Deputat SSRİ-nin parçalanmasından təəssüfləndiyini bildirib:

“Hər şey yox, amma çox şey dağıldı. Sözsüz ki, SSRİ-nin dağılmasından təəssüflənirəm. Bununla mən Rusiyadakı əhalinin əksəriyyətindən fərqlənmirəm. Doğrudur, o zaman şəxsiyyətin idarə səviyyəsi çox yüksək idi. Sən düşündüyün çox şeyi deyə bilməzdin. Digər tərəfdən isə SSRİ-nin böyük olması fakt idi. Sənə bütün dünyada hörmət edirdilər və heç kim sənə qarşı sanksiya tətbiq etməyə cəsarət etmirdi”.

Qeyd edək ki, Zatulin Rusiyanın tanınmış siyasətçilərindən hesab edilir. O, xüsusilə Rusiyanın MDB-ni tam nəzarət altına almasını müdafiə edən şəxslərdən sayılır. Deputat həm də erməni lobbisinə yaxın şəxslərdən sayılır və Ermənistanın Rusiyada əsas müdafiəçilərindən biri hesab olunur.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam