Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

“Rusiya Qərbə qalib gəlsə, MDB Sovet İttifaqına çevriləcək”

 

img1651251

        Bu gün Minskdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

    "Xeberinfo.com": Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yevgeni Perebiynes mətbuata açıqlamasında bildirib ki, MDB bu günə qədər Ukraynaya heç bir dəstək verməyib, orada iştirak edən ölkələr də bundan nəticə çıxarmalıdır. Y. Perebiynes Ukrayna hökumətinin MDB-nin iclaslarında iştirak etməməsinin, bu iclaslarda iştirak edən ölkələrə bir mesaj olduğunu vurğulayıb.

Məsələ ilə bağlı politoloq Vəfa Quluzadə Aktual.az-a açıqlamasında deyib ki, Rusiya Ukraynada qələbə çalsa, MDB Sovet İttifaqına çevriləcək:

“Əgər Rusiya Amerika və Avropaya qalib gəlib, Ukraynada qələbə çalsa, MDB Sovet İttifaqına çevriləcək. Amma bütün bunlar fantaziyadır. Belə bir vəziyyət ola bilməz. MDB yaxın vaxtlarda dağılacaq. Neftin qiyməti düşən kimi Rusiyanın problemləri elə həddə çatacaq ki, MDB yadına düşməyəcək. O zaman, üzv ölkələr daxil olmaqla, biz də, MDB-ni ləğv edəcəyik”.

V. Quluzadə qeyd edib ki, MDB, üzv ölkələrin heç birinə xeyir verməyib:

“Mən 1999-cu ilə qədər MDB-nin bütün sammitlərində, eyni zamanda, Leonid Kuçmanın apardığı iclasların hamısında iştirak etmişəm. Tam əminliklə deyirəm ki, MDB, üzv ölkələrin heç birinə xeyir verməyib. Bu günə qədər onun əsas işi o olub ki, Rusiyanın fövqəlmillət struktur yaratmasına müqavimət göstərilib və buna imkan verilməyib. Ukraynanın rəhbərliyi altında biz də buna nail olmuşuq. Çünki Ukrayna, MDB-nin ən güclü, ən avtoritetli ölkəsi kimi, Rusiyanın MDB-ni Sovet İttifaqına çevirmək arzularına müqavimət göstərib, biz də onların arxasınca getmişik. İndi Ukrayna, tam haqlı olraq, MDB-də iştirak etmir, bizə də mesaj göndərir ki, onun yolu ilə gedək. Biz də gələcəkdə belə edəcəyik. Baxaq görək, bu gələcək yaxın olur, ya uzaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam