Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Yerlərdə aksiyalara səbəb süni qiymət artımıdır”

“Valyutadəyişmə məntəqələrində dolların qiyməti göstərilsə də, satılmır. Əvəzinə pulları “qara bazar”a buraxır, orada artıqlaması ilə dəyişir, vətəndaşların ziyanına iş aparır və cibinə girirlər. Halbuki Mərkəzi Bank 100 milyon dollar dövriyyəyə buraxıb və hər bir valyutadəyişmə məntəqəsinə də vəsait ayırıb".

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində olan aksiyalara da süni qiymət artımı və dollar ajiotajı səbəb olur: “Məhsulların qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparılması üçün cənab prezident müşavirədə bir daha göstəriş verdi. Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir. Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxa bilməz. Xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər olacaq, amma daxili bazarda qiymətə ciddi nəzarət olunmalıdır. Süni qiymət artımı, süni dollar ajiotajı yaratmaq etiraza səbəb olur. Buna görə də bu istiqamətdə ciddi şəkildə nəzarət olunmalıdır və olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam