Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paşinyanın erməni xalqına müraciəti - cəmiyyət reallıqları dərk etməlidir -ŞƏRH

 

Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətini başa vuraraq, İrəvana qayıdıb və avqustun 8-də imzalanan Vaşinqton bəyannaməsi ilə bağlı xalqa müraciət edib. Bu müraciət son günlər erməni müxalifətinin mediada dolub-daşan manipulyativ açıqlamaları, sadə insanların fikrini çaşdıran bəyanatlarına son qoymaq məqsədi güdür.

Yenixeber.org: Eyni zamanda müraciətin İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri, Paşinyanla görüşündən əvvəl edilməsi də Tehrana mesaj sayıla bilər. Bir müddətdir İranın radikal qanadının Vaşinqtonda əldə edilmiş razılaşmalara, xüsusən də Zəngəzur dəhlizinə qarşı açıqlamalarını nəzərə alsaq, bu müraciətlə Paşinyan İrəvanda səfərdə olan İran heyətinə və radikal qanada da açıq-aydın mesaj göndərmiş sayılır. Paralel olaraq, qeyd etmək lazımdır ki, müxalifətin, xüsusən də revanşistlərin hakimiyyətə qayıdışı arzusu ürəyində qalmış sayılır.

 

Paşinyanın xalqa müraciəti əsasən bir neçə tezis, xüsusən də sülh, kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi, Qarabağ məsələsi, Qarabağ erməniləri və Bakıda mühakimə olunan separatçılar kimi mövzular üzərində qurulub.

Baş nazir qeyd edib ki, Vaşinqton bəyannaməsindən sonra erməni xalqı yeni Cənubi Qafqazda və yeni respublikada yaşayır. Onun sözlərinə görə, ABŞ-də Bakı və İrəvan arasında sülhün bərqərar olduğuna inanır. Bu isə o mənaya gəlir ki, hakim “Vətəndaş müqaviləsi” partiyası seçkilərə məhz sülh platforması ilə gedəcək. Uzun illər münaqişə, müharibə şəraitində yaşayan, müxalifətin yeni müharibə ilə bağlı təhdidlərindən bezən erməni xalqı üçün təbii ki, sülh daha məqbuldur. Bunu keçirilən küçə sorğuları da sübuta yetirir. Deməli, Paşinyan xalqa istədiyini verərək, seçkilərdə qalib gəlmək şansını artırır.

Baş nazirin xalqa müraciətində maraqlı məqamlardan biri də kommunikasiyaların açılması ilə bağlıdır. Bu kontekstdə Paşinyan kommunikasiyaların açılmasının vacibliyinə işarə edib. 30 ildən uzun müddət özünütəcrid vəziyyətində yaşayan Ermənistan üçün bu, hava və su kimi vacibdir. Azərbaycan Ermənistan olmadan da nəqliyyat və logistika sahəsində bir sıra beynəlxalq və regional layihələr həyata keçirir. Ermənistanın da artıq bu layihələrə qoşulmaq, təcrid vəziyyətindən çıxmasının vaxtı artıq çatıb.

Baş nazir dərk etdiyi reallığı xalqa çatdırır, işarə edir ki, Ermənistanın təcrid vəziyyətindən çıxmaq, layihələrə qoşulmaq, can verən iqtisadiyyatını dirçəltmək üçün yeganə yolu Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə razılıq vermək, kommunikasiyaları açmaqdır. Bu həm də sərhədlərin demarkasiya və delimitasiyası prosesinin sürətlənməsi deməkdir. Ehtimal etmək olar ki, bu yaxınlarda məsələ ilə bağlı iki ölkənin müvafiq komissiyalarının görüşü keçiriləcək, proses daha da sürətlənəcək.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Nikol Paşinyan dəfələrlə Tavuş istiqamətində demarkasiya edilən sərhəd xəttini ən təhlükəsiz ərazi adlandırıb. Artıq digər ərazilərin də dəqiqləşdirilməsi Ermənistan üçün daha vacibdir. Bununla yanaşı, hökumət başçısı etiraf edib ki, Azərbaycanın bir sıra əraziləri də demarkasiya və delimitasya yolu ilə əsl sahiblərinə qaytarılacaq. Bu, rəsmi Bakının haqlı tələblərindən biri idi və artıq İrəvan reallığı dərk və qəbul edərək, ilk addımı atmaq üzrədir.

 

Paşinyan vurğulayıb ki, nəticədə Azərbaycan Ermənistan ərazisindən Naxçıvana maneəsiz keçid, İrəvan isə beynəlxalq və daxili kommunikasiyanın inkişafı üçün üstünlüklər əldə edəcək. Elə bu bənd də son günlər müxalifətin ağzında saqqız olaraq, baş nazirə qarşı ünvanlanan ittihamlardan biri idi və Nikol məsələyə də aydınlıq gətirərək, cəmiyyətə çatdırır ki, Naxçıvana maneəsiz keçiddən Ermənistan da çox faydalanacaq. Zəngəzur dəhlizinin açılması İrəvanın beynəlxalq logistika layihələrinə qoşulması, ölkə büdcəsinə külli miqdarda gəlirin daxil olması deməkdir. Paralel olaraq da, sözügedən Sünik vilayətinin inkişafı, müxtəlif iş yerlərinin açılması, regionun inkişafı, daxili rabitə xətlərinin də canlanması daha çox Ermənistan üçün fayda təmin edəcək.

Nikol Paşinyanın erməni xalqına müraciətində diqqət yetiriləcək əsas məqamlardan biri də Qarabağ məsələsi və erməni separatçıları ilə bağlı mövzudur. Müraciətdən də anlaşıldığı kimi, baş nazir Qarabağ məsələsinin bağlandığını bildirib. O, qeyd edib ki, bu məsələ bağlanmasaydı, sülhə nail olmaq mümkün olmazdı. Bununla da Nikol ölkədəki Rusiyapərəst qüvvələrə, Qarabağ mövzusunu daim gündəmdə saxlamağa çalışan müxalifət qanadına, erməni diasporuna açıq-aydın daha bir təsir rıçaqının qüvvədən düşdüyünü bildirib. Nikol müraciətində etiraf edib ki, Qarabağ mövzusu sülh qarşısında ən böyük əngəl olub. Əgər siyasətçi bu gün iki ölkə arasında sülhdən danışırsa, deməli bu əngəl artıq mövcud deyil.

O xatırladıb ki, hələ 2025-ci ilin martında parlamentin tribunasından Qarabağ hərəkatının davam etdirilməməli olduğunu, xalq bununla razılaşmasa, inqilab edə biləcəyini demişdi. Paşinyan qeyd edib ki, xalq bu inqilabı ona görə həyata keçirmədi ki, Qarabağ məsələsi bağlanmasa, sülhün olmayacağı fikrini qəbul edib. Baş nazir bəzi qüvvələri haqlı olaraq Qarabağ məsələsindən ölkənin inkişafı, müstəqilliyi və suverenliyinin qarşısını almaq üçün istifadə etməkdə ittiham edib.

Paralel olaraq Paşinyan Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə bağlı fikirlərini reallıqdan kənar adlandırıb. Eyni zamanda bu məsələnin müzakirəsinin heç nə verməyəcəyini, əksinə, ölkələr arasında yeni gərginlik mənbəyinə çevriləcək. O, fikirlərini rəsmi Bakı ilə bölüşüb və indi bunun təhlükəli mövzu olduğunu bildirir. Siyasətçi qeyd edib ki, bu məsələ yad əllərdə təzyiq rıçaqına çevrilə bilər. Təbii ki, Baş nazir bu məsələdə Kremlin bostanına daş atıb. Son günlər Qarabağ ermənilərinə humanitar yardım adı altında fəaliyyətə keçən Moskva ehtimal ki, Qarabağ ermənilərindən Paşinyana və Azərbaycana qarşı istifadə etmək planını dövriyyəyə buraxmağı planlaşdırır. Amma baş nazirin bu fikirlərinə istinadən demək olar ki, bu plan suya düşəcək.

 

Bundan əlavə, Bakı məhkəmələrində ədalət qarşısında cavab verən separatçı ermənilərlə bağlı uzun müddətdir erməni cəmiyyətini təsir altında saxlayan müxalifətə və diaspora da müraciət də cavab verilib. Paşinyan bildirib ki, bu məsələ sülh müqaviləsinə salınmayıb. O qeyd edib ki, mövzunun sülh müqaviləsinə əlavə edilməsi, sülh prosesinə maneədir. Bu isə o deməkdir ki, Nikol separatçı mövzusunun Azərbaycanın daxili məsələsi olduğunu qəbul edib və indi cəmiyyəti də buna hazırlamağı düşünür. Təbii ki, baş nazir Azərbaycanın daxili işinə müdaxilənin yaxşı nəticələnməyəcəyini, rəsmi Bakının qəzəbinə səbəb olacağını dərk edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, separatçılar elə Nikol Paşinyan üçün də bir müddət başağrı olub. Xüsusən də Ruben Vardanyan Ermənistanda hakimiyyətə gəlmək istəyində olub baş nazirə rəqib kimi təqdim edilib.

Ümumi olaraq, qeyd etmək lazımdır ki, Baş nazirin xalqa müraciəti Vaşinqton bəyannaməsinin məğzini izah etmək, Ermənistanın yaranan reallıqları qəbul etdiyini, Azərbaycanın haqlı tələbləri ilə razılaşdığını göstərir. Unutmaq lazım deyil ki, Vaşinqton razılaşması birbaşa, vasitəçisiz, ikitərəfli danışıqların nəticəsidir. Bu, sazişin ən müsbət cəhətlərindən biridir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam