Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq deputatın ayağı tutuldu

 

 

   Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədovanın vəziyyəti yenidən pisləşib

 

 "xeberinfo.com": Bu barədə  Gülər Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verib. Ə.Talıbov bildirib ki, G.Əhmədova sabah yenidən ultrasəs (UZİ) müayinəsindən keçiriləcək:  "Sol ayağı tamamilə tutulub, yeriyə bilmir. Təcridxananın tibb məntəqəsinin həkimləri sabah ciyərlərini də müayinədən keçirəcəklər. Səhhəti günü-gündən pisləşir. Gözündə də problem yaranıb, əsmə var. Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutundan həkim dəvət edilib. Sabah yenidən G.Əhmədovanı müayinə edəcəklər".

Ə.Talıbov əfv üçün hələ ki, müraciət edib-etməyəcəklərini müzakirə etmədiklərini söyləyib. Vəkil bildirib ki, sabah G.Əhmədova ilə görüşəcək: "Sabah müayinədən sonra onun səhhəti ilə bağlı hansı qərar veriləcəyi açıqlanacaq".

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxunub. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam