Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Sabiq deputatın növbəti məhkəmə prosesi keçirilib

 

 

     Sabiq deputatın apellayasiya şikayəti əsasında məhkəmə baxışı aprelin 23-nə təyin olunub 

 

 "xeberinfo.com": Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə ilkin baxış iclası davam etdirilib.
 
   Məlumata görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə G. Əhmədova çıxış edib.
 
    O bildirib ki, Elşad Abdullayevin KİV-ə verdiyi müsahibələri psixoloq alim kimi araşdırıb: “Elşad Abdullayevin müsahibələrində məntiqi ardıcıllıq pozulur. Müsahibələrində qardaşının, Sevinc Babayevanın, Mətanət İsgəndərlinin və Gülər Əhmədovanın öldürülməsi məsələsini gündəmə gətirir. Mən bir psixoloq alim kimi onun müsahibələrini araşdırmışam. Onda depressiv manyakal sindromun əlamətləri var. Xahiş edirəm, Elşad Abdullayev psixoloji ekspertizadan keçirilsin. Əgər bu mümkün deyilsə, onun yazdıqları araşdırılsın. Bu adam həm prezidentə yalvarış dolu məktublar yazır, həm də Avropa Məhkəməsinə şikayət edir”.
 
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra ilkin baxış iclasının qərarı elan olunub. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədova və əlavə şahidlər yenidən dindiriləcək və məhkəmə qismən istintaqla aparılacaq.
 
Məhkəmə baxışı aprelin 23-ə təyin edilib.
 
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
 
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından alınaraq, hakim Əflatun Qasımovun icraatına verilib. 
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam