Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Məsuliyyəti Gülər Əhmədova ilə bağlı qərar verən daşıyacaq”

 

Guler-Ehmedova-esas4111

  “Gülər Əhmədovanın Yeni Azərbaycan Partiyasına qayıtması bu gün partiyada müzakirə olunmur”.

      "Xeberinfo.com": Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. O qeyd edib ki, G.Əhmədovanın üzərində hələ ki məhkumluq var: “Bu məhkumluq bitdikdən sonra o, hansısa rayon təşkilatına müraciət edə bilər və onun müraciətinə də müvafiq cavab verilər. Cavabı da elə müraciət etdiyi rayon təşkilatı verə bilər. Yəni bu, YAP-ın mərkəzi aparatının, İcra Katibliyinin konfidensiyasına daxil olan məsələ deyil. Bu barədə rayon təşkilatı özü qərar verəcək, çünki məsuliyyəti də o özü daşıyır”.

      Qeyd edək ki, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov mətbuata açıqlamasında deyib ki, Gülər Əhmədovanın partiya üzvlüyünə qəbul edilməsi yuxarı təşkilatların ona qarşı olan münasibətindən asılıdır.

       Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib və barəsində həbs-qətimkan tədbiri seçilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam